Siyasət

  • 3 993

“Vəziyyət ermənilər üçün kifayət qədər mürəkkəbdir” ÖZƏL-MÜNASİBƏT

image

"Ermənistanda seçkiqabağı kampaniyanın başlanması ölkədə ictimai siyasi gərginliyi xeyli artırıb. Həm də müəyyən siyasi azadlıqların xüsusilə, kütləvi tədbirlər azadlıqlarının həyata keçirilməsinə meydan açır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Qarabağa qayıtmaq istəməyən ermənilərin kütləvi aksiyalar keçirmələri tamamilə haqlıdır: "Nə qədər olmasa da onlar vəziyyətin gələcək perspektivlərini görürlər. Yəni yaxşı başa düşürlər ki, Azərbaycan dövləti çox keçmədən Laçın dəhlizinə də nəzarət edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdikdən sonra Şuşada Türkiyənin konsulluğu açılacaq. Üstəlik, konsulluq açılırsa, burada ən azından hərbi bazanın yaradılması da gündəmdədir və artıq yaradılmasına başlanıb. Belə şəraitdə Türkiyə də sərhəd boyu zonalarda Ermənistana qarşı təzyiqlərini artıracaqdır. Belə bir şəraitdə onların Qarabağda yaşamaları o qədər də asan olmayacaqdır. Çünki artıq Azərbaycan qəti şəkildə tələb edir ki, Azərbaycandakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etsinlər, ya da üç ay müddətinə bu əraziləri tərk etsinlər. Demək olar ki, ermənilər öz başlarına qalsalar, məmnuniyyətlə Azərbaycan vətəndaşlığını qəbul edərlər. Amma ermənilərin başı üzərində duran və onları belə hərəkətlərə imkan verməyən çoxlu boslar var. Bu nöqteyi-nəzərdən ermənilər ölkədən xüsusilə Qarabağdan qaçmağı özləri üçün daha əhəmiyyətli hesab edirlər. Məsələn, bu yaxınlarda A.Arturyan bildirdi ki, Xankəndidə və onun ətrafındakı zonalarda heç 25 min erməni yoxdur. Yəni rus sülhməramlıları bildirirdilər ki, Xankəndidə 50 mindən çox erməni daşıyıb gətiriblər. Göründüyü kimi, A.Arturyan da ölkədə mühacir probleminin ciddi olduğunu və onun qarşısının alınmasının mümkün olmayacağını yəqinləşdirib. Həm də Azərbaycanın bölgədə antiterror əməliyyatları başlanması haqqında tez-tez mətbuatda yayılan xəbərlər də erməniləri panikaya salır və onları Qarabağ ərazisindən qaçmağa vadar edir. Ümumiyyətlə, vəziyyət ermənilər üçün kifayət qədər mürəkkəbdir".

sia.az

Digər xəbərlər