Siyasət

  • 3 753

YAP Gədəbəy rayon təşkilatı şəhid Yasin Məmmədovun ad günü münasibətilə tədbir keçirib

image

Yeni Azərbaycan Partyası Gədəbəy rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olmuş Yasin Məmmədovun ad günü münasibətilə tədbir keçirib. Rayonun Çanaqçı kəndində baş tutan tədbirdə rayon YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.Ziyarət zamanı 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə şanlı ordumuzun qəhrəmanlıqlarından bəhs edilib, şəhidin ailəsi ilə söhbətlər aparılıb və onların qayğı və problemləri dinlənilib. Şəhidin atası göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.

yap.org.az

Digər xəbərlər