Siyasət

  • 5 151

"Hərbi Qənimətlər Parkının yaradılması onu göstərir ki, ..." DEPUTAT ŞƏRH ETDİ

image

"Unikallığı ilə seçilən Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələsini özündə əks etdirərək peşəkarcasına hazırlanıb. Dünyanın əksər ölkələrində belə bir park var. Bu turistlərin də marağına səbəb olur və səyahət etdikləri ölkələrin şanlı tarixini əyani şəkildə görürlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.Onun sözlərinə görə, bu gün Azərbaycan müharibə meydanında xalqımıza qarşı edilən bütün soyqırımların, faciələrin, günahsız körpələrin, şəhidlərin, 1 milyona yaxın məcburi köçkünün qısasını almış oldu: "Hərbi Qənimətlər Parkında olan bütün qənimətlər onu göstərir ki, Azərbaycan ordusu xalqına qarşı olan heç bir terroru unutmadı. Bizi düşmənimizdən fərqləndirən əsas cəhət isə o idi ki, biz sivil xalqla deyil, terroristlərlə döyüşüb, qisas aldıq. Qəhrəman Azərbaycan ordusu döyüş meydanında böyük şücaət, sıravi insanlara qarşı isə mərhəmət göstərdi. Hərbi Qənimətlər Parkı düşmənə əsl gözdağı oldu. Hər şeydən əvvəl əsas məqsəd milli qürur, vətənpərvərlik hissini formalaşdırmaqdır. Avropada olan bu cür muzeylərə hər il turist axını olur və həmin obyektlərdə dövlətlərin tarixini əyani şəkildə nümayiş etdirilir. Hərbi Qənimətlər Parkına ziyarət edənlərin içərisində şəhid ailələri və qazilər də var. Əgər bir şəhid övladı həmin yerdə fərəhlə şəkil çəkdirirsə, deməli artıq mülahizələrə ehtiyac yoxdur. Bizim xalqın milli qürurunu əks etdirən bu park turistlərin də marağına səbəb olacaq. Hərbi Qənimətlər Parkının yaradılmasına nəinki ehtiyac varıydı, hətta belə ərazinin salınması zəruri idi. Burada məqsəd müharibəni təbliğ etmək deyil, bütün münaqişələrə qarşı mənfi fikir yaratmaqdır. Ən əsası isə xalqımızın qəhrəmanlıq tarixini nümayiş etdirməkdir. Parkı ziyarət edərkən 44 günlük Müzəffər ordumuzun şanlı qələbəsini görüb, qürur duymamaq mümkün deyil".

sia.az

Digər xəbərlər