Siyasət

  • 3 536

Türkiyədən alınan qurğular qısa zamanda təhlükəsizliyə öz töhfəsini verəcək - EKSPERT RƏYİ

image

“Müharibədən öncə, müharibə zamanı və müharibədən sonra da Türkiyə Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib. Ümummili Liderin irəli sürdüyü "Bir millət, iki dövlət” prinsipi əsasında iki ölkə arasında münasibətlər bütün sahələr üzrə inkişaf edir. Azərbaycanın müharibə dövründə Türkiyədən aldığı silahların nəticələri haqqında cənab Prezident dəfələrlə danışıb”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.Ekspertin sözlərinə görə, post-müharibə dövründə isə Azərbaycana ən böyük yardım məhz mina sahələrinin təmizlənməsi ilə bağlıdır: “Bu həm çox bahalı, həm də uzun çəkən prosesdir. Cənab prezident İlham Əliyevin də vurğuladığı kimi bizim ən böyük rəqibimiz zamandır. Həmin ərazilərdə ifrastrukturun bərpa edilməsi üçün ərazilərin ən qısa zamanda minalardan təmizlənməsi əsas şərtdir. Bu məsələdə də qardaş Türkiyə Azərbayacana yardım əli uzatdı. Belə ki, 100 nəfərdən yuxarı heyət mina sahələrinin təmizlənməsində iştirak edir”.Ş. Ramaldanov vurğulayıb ki, Türkiyənin bu gün hərbi-sənaye kompleksinin inkişafını nəzərə alaraq Azərbaycan məhz qardaş ölkədən məsafədən idarəolunan mina sahələrini təmizləyən qurğular satın alıb: “Həmin qurğular mina sahələrinin təmizlənməsində özlərini çox yaxşı göstərib. Düşünürəm ki, sözügedən avadanlıqlar sahələrin minalardan təmizlənməsi prosesini sürətləndirəcək. Mina sahələrinin təmizlənməsinin həmin avadanlıqlarla təmizlənməsi daha etibarlı sayılır. Çünki bu qurğular dünyada ən yaxşı mina təmizləyən qurğular sırasındadır. Bu qurğuları idarə etmək üçün şəxsi heyət də hazırlanıb. Fikrimcə, bütün bunlar mina sahələrinin təmizlənməsinə, gələcəkdə mülkü əhalinin təhlükəsizliyinə və orada infrastrukturun bərpasına öz töhfəsini verəcək”.

sia.az

Digər xəbərlər