Siyasət

  • 4 040

“KİV-lər üçün iqtisadi dayaqların yaradılması Dahi Öndər Heydər Əliyev siyasəti ilə bağlıdır” ÖZƏL-MÜNASİBƏT

image

"Ümummilli Lider Heydər Əliyev Azərbaycanın yeni tarixində ən çox iz qoymuş bir şəxsiyyətdir. Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi, onun iqtisadi, siyasi, hərbi dayaqlarının yaradılması, beynəlxalq aləmdə tanıdılması Ulu Öndər Heydər Əliyevin xidmətlərinin və əsasını qoyduğu siyasi xəttin nəticəsidir". Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli "Səs" qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, Azərbaycanın müasir tarixində elə bir hadisə yoxdur ki, onun barəsində danışarkən Ümummilli Lider Heydər Əliyevin adı keçməsin: " Biz, Azərbaycanla bağlı istənilən bir proses barədə danışarkən, istənilən halda Ulu Öndər Heydər Əliyevin adını çəkməli oluruq. Çünki hər bir milli prosesin kökü onunla bağlıdır. Medianın özü ilə bağlı məsələlər də bu qəbildəndir. Müstəqil Azərbaycanda demokratik media mühitinin yaradılması, medianın azad fəaliyyəti üçün hüquqi bazanın formalaşdırılması, senzuranın ləğv edilməsi, KİV-lər üçün iqtisadi dayaqların yaradılması da Dahi Öndər Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu baxımdan, media icması Ümummilli Lider Heydər Əliyev adını daim xatırlayırlar, istənilən mövzuda material hazırlayarkən, ulu öndərə istinad edirlər. Bütün bunlara əsaslanıb deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin adı nəinki Onun doğumunun 98-ci ildönümündə, bütün tarix boyu çəkiləcək və yad olunacaq".

sia.az

Digər xəbərlər