PDF Oxu

Siyasət

  • 5 640

“Uğurların əsasında Heydər Əliyev siyasi kursu və İlham Əliyevin dəmir iradəsi dayanır”

“Uğurların əsasında Heydər Əliyev siyasi kursu və İlham Əliyevin dəmir iradəsi dayanır”

Tarixin yazılmasında, qələmə alınmasında tarixiçilərin böyük əməyi olduğu kimi, tarixi hadisələrin ərsəyə gəlməsində də tarixi şəxsiyyətlərin rolu böyükdür. Tarixdə bəzi insanlar var ki, onların adları bir xalqın adına bərabərdir. Xalqının adını çəkəndə ilk ağıla məhz o şəxsiyyətlər gəlməkdədir. O tarixi şəxsiyyətlər isə öz adlarında bütün bir xalqı ehtiva edə bilir. Ən maraqlı məqam odur ki, dünyada baş verən hadisələrdən və dəyişikliklərdən asılı olmayaraq bu adamlar hər zaman aktual olur. Ulu Öndər Heydər Əliyev fenomeni bir çox elmi araşdırmanın, ədəbi, bədii əsərlərin mövzusudur. Müasir Azərbaycan tarixini öyrənmək və bu sahədə mövqe ortaya qoymaq istəyən hər bir alim mütləq Heydər Əliyev fenomenini öyrənməlidir. Yalnız siyasətçi kimi deyil, Heydər Əliyev fenomeni adi vətəndaşdan, ali dövlət xadiminə qədər geniş bir spektrdə dəyərləndirilməli olan tarixi şəxsiyyətdir. Müasir Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyev mövzusu bəlkə də ən çox araşdırılan mövzudur. Lakin müasir dövrdə baş verən yeniliklər əsas verir ki, yeniliklərin fövqündə bir daha geriyə qayıdaraq Ulu Öndər siyasi kursuna nəzər yetirilsin. Ulu Öndər Heydər Əliyevin nümunəvi həyat və fəaliyyətinin təbliğata ehtiyacı olmadığını hər birimiz bilirik. Lakin o qədər böyük və dəyərli bir xidmət nümunəsidir ki, öyrənmək hər birimiz üçün vacibdir.Heç şübhəsizdir ki, bugünün müstəqil Azərbaycan Respublikasının əsası hələ çox illər əvvəl Ulu Öndərin ağlında və zehnində Sovetlər İttifaqı zamanında qoyulmuşdur. Ulu Öndər həm Azərbaycana rəhbərlik edərkən, həm də Moskvada rəhbər vəzifələrdə çalışarkən sanki gələcək müstəqil dövlətimizin təməl daşlarını bir-bir düzürdü. Onun rəhbərliyi altında hələ müstəqillik illərinə qədər böyük işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyevin sərt sovet rejimi daxilində azərbaycanlı kimliyinin qorunub saxlanmasında, Azərbaycan dilinin mühafizəsində və milli özünüdərk prosesində müstəsna xidmətləri olmuşdur. Onlarla şair, alim, sənət adamı, din və dövlət xadimi sərt və ədalətsiz sovet rejiminin məngənəsindən xilas edilərək gələcək müstəqil Azərbaycan Respublikası üçün qorunmuşdur. Elə eyni dövrlərdə minlərlə Azərbaycan gəncinin ittifaqin müxtəlif ali təhsil ocaqlarına göndərilməsinin özü belə müasir dövlətçiliyimizin əsası üçün zəmin idi. Milli kadrların formalaşdırılması, onların ittifaq çərçivəsində irəliyə çəkilməsi gələcəyə qoyulmuş mənəvi kapital idi. Təsadüfi deyil ki, müasir dövlətçiliyimiz məhz o dövrdə mərhum Heydər Əliyev tərəfindən yetişdirilmiş gənclərin xidmətləri sayəsində bugünkü əzəmətinə nail ola bilmişdir.Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çoxşaxəli və çoxtərəflidir. Müstəqillik illərində dövlətimizin dayaqlarının möhkəmləndirilməsi, atəşkəsin əldə olunması, “Əsrin Müqaviləsinin” imzalanması və əlbəttə, ordu quruculuğu əldə olunan bütün uğurların təməlində dayanan səbəblərdir. Əgər vaxtı ilə doğru strateji addımlar atılmasa idi, bugünkü qələbəmiz üçün hüquqi, hərbi və iqtisadi əsaslar olmazdı. Dünya ölkələrinin ölkəmizə və təbii ehtiyyatlarımıza olan maraqlarının düzgün proqnozlaşdırılması və doğru qiymətləndirilməsi bizə böyük mənfəətlər gətirmişdir. Yalnız iqtisadi mənfəətlər deyil, qüdrətli dünya dövlətlərinin maraqlarının milli maraqlarımıza tabe edilməsi, onların iqtisadi maraqlarının siyasi mövcudluğumuzu təmin etməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məhsuludur.Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, getdiyi hər ölkədə əlində Azərbaycan xəritəsi Qarabağ Ermənistan-Azərbaycan münaqişəsninin doğru ifadəsi, tarixi torpaqlarımızın hüquqi sənədlərlə xalqımza məxsusluğunun sübutu Heydər Əliyev zirvəsinin diplomatik zəfərlərindəndir. Birmənalıdır ki, Ulu Öndər Heydər Əliyevin müxtəlif zirvə və görüşlərdə qəti mövqeyi bugün əldə etdiyimiz qələbənin əsasını təşkil edir. Təsadüfi deyil ki, düşmən ölkənin rəhbərliyi dəfələrlə vaxtı ilə Ulu Öndərə uduzulan diplomatik “döyüşlərin” nəticəsində İkinci Qarabağ zəfərinin hüquqi bazasının formalaşdığını ifadə edirlər. Cənab Prezident İlham Əliyev Ulu Öndərdən aldığı zəfər bayrağını Şuşaya taxmaq üçün dünya birliyinin etimadı və hörmətini qazanaraq nəticə əldə edə bilmişdir.Ulu Öndər Heydər Əliyev müdrik şəxsiyyətdir. O hər kəsin görə bilmədiyi zərurətləri görmək iqtidarında olan bir lider idi və 1994-cü ildə ölkəmizin hərbi, siyasi, iqtisadi cəhətdən bir çox problemi olan bir vaxtda gənclərin problemlərini dilə gətirmiş və onların həlli ilə bağlı ciddi addımlar atmışdır. Gənclər və İdman nazirliyinin yaradılması, gənclər forumlarının keçirilməsi, gənclər təşkilatlarının yaradılması, onların maliyyələşdirilməsinin əsasının qoyulması, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, onlara etimad göstərilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni ali tədris ocaqlarının yaradılması, tələbələrə təqaüdlərinin verilməsi, tələbə yataqxanalarının bərpası və Azərbaycan gənclərinin dünya sferasında təmsil olunması məhz Ulu Öndərin adı ilə bağlıdır. Gənc nəslin vətənpərvər ruhda yetişməsi, təlim-tərbiyəsi, faydalı vətəndaş kimi formalaşması xalqının gələcəyi naminə Ulu Öndər tərəfindən atılan vacib addımlardandır.Biz qısa zamanda dövlətimizi inkişaf etdirərək regionun və dünyanın siyasətinə müəyyən mənada təsir imkanlarına malik beynəlxalq münasibətlərin faktoruna çevrilməyi bacarmışıq. Dünyanın müasir tələblərinə elə müasir menecment üsul-idarəetmə ilə cavab verən dövlətçiliyimizin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır. Əsası illər öncə qoyulmuş bu siyasəti incələdiyimiz zaman görürük ki, bu siyasət hələ də aktualdır və günümüzün tələblərinə uyğundur. Bu amillər Ulu Öndər Heydər Əliyev fenomenini “ölümsüzləşdirən” başlıca məqamdır. Onun ideyaları, yanaşmaları və düşüncələri həmişə yaşardır.Ulu Öndər Heydər Əliyev eyni zamanda da Qafqazın ən böyük ictimai-siyasi hərəkatı olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. YAP Azərbaycan cəmiyyətinin sosial müdafiəçisidir. Ulu Öndərin adına və xalqının qarşısında olan xidmətlərinə layiq siyasi davranışlar sərgiləyən doğma partiyamız hər zaman cəmiyyətimizə nümunə olmaqdadır. Dövlətçiliyimizin idarəçiliyində həyata keçirilən və müsbət nəticələr verən islahatlar kursu hakim partiyada da tətbiq edilməkdədir. Tətbiq olunan müasir, inkişafa meyilli islahatlar YAP-ın tərəqisinə daha böyük təkan verəcəkdir.Ulu Öndər ordumuzun da təməlini qoymuşdur. O ordunun ki, zəfərimizin əldə olunmasında müstəsna rolu var. Ulu Öndər Azərbaycana dahi sərkərdə, Ali Baş Komandan və Ali Baş Diplomat bəxş etmişdir. Şuşanın işğaldan azad olunduğu gün cənab Ali Baş Komandanın Ulu Öndərin əbədi istirahətgahına gedib, ilk bu xəbəri onunla paylaşması bir daha sübut edir ki, əldə etdiyimiz bütün uğurların əsasında məhz Heydər Əliyev siyasi kursu və onun layiqli davamçısı cənab İlham Əliyevin dəmir iradəsi dayanır.Son illər ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılmaqdadır. İslahatlar kursu dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinin təzahürüdür. Hər sahədə aparılan islahatlar öz nəticələrini verməkdədir. Belə ki, atılmış addımlar büdrəyən sahələrin yenidən canlanmasına səbəb olur. Kadr və əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilmiş və nəzərdə tutulan islahatların müsbət nəticələri xalq-iqtidar birliyinin möhkəmlənməsinə və milli birliyimizin güclənməsinə xidmət edir. Ümummilli Liderimizin “Şah əsərim” dediyi Azərbaycan Respublikası öz idarəçilik üslübunu Heydər Əliyev siyasətinə sadiq qalmaqla günümüzün tələblərinə uyğunlaşdırmışdır. Onun xilaskar missiyası hər zaman xalqımz tərəfindən böyük ehtiramla yad edilməkdədir.

Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər