Oğuz rayonunda Ulu Öndərin 98-ci ildönümü qeyd olunub
Oğuz rayon icra hakimiyyətinin və YAP Oğuz rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Ulu Öndər, Əbədiyaşar Lider Heydər Əliyev - 98 (Oğuz)” mövzusunda videokonfrans keçirilib.Konfransı giriş sözü il Oğuz rayon icra hakimiyətinin başçısı Eyvaz Qurbanov açaraq Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət üçün gördüyü əvəzisi işlərdən danışıb: “1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz mıhv olmaq təhlükəsindən xilas oldu. Ölkəmizdə silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuşdur. Dahi Öndər Heydər Əliyev "Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır”.Eyvaz Qurbanov çıxışında bu günki güclü, qüdrətli Azərbaycanın Ulu Öndərin şah əsri olduğunu bildirib. Onu da qeyd edib ki, bu gün Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamlığı və dönməzliyi Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməskdədir.Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Maharramov Ulu Öndər Heydər Əliyevin milli tarixi yaddaşımızdakı yerindən, siyasi fəaliyyətindən söz açıb. Daha sonra isə, müvafiq olaraq, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və Oğuz rayon Heydər Əliyev Mərkəzinin müdiri Mehriban Abbasova "Heydər Əliyev - Azərbaycan gəncliyinin qarantı", "Dünyanın ən böyük Azərbaycanlısı- Heydər Əliyev" mövzularında çıxış ediblər.Qeyd edək ki, dünya miqyaslı siyasətçi, əbədiyaşar lider, dövlət xadimi Heydər Əliyevin 98-ci il dönümü ilə əlaqədar Oğuz rayonunda pandemiya qaydaları da qorunmaq şərtilə, bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yeniyetmələr arasında şahmat turniri, ağacəkmə aksiyası, voleybol yarışı, inşa müsabiqəsi keçirilmişdir. Minnətdarlıq, hörmət və ehtiramla anırıq!
sia.az