PDF Oxu

Siyasət

  • 3 032

“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” - FOTOLAR

“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” - FOTOLAR

Bu mövzuda Zərdab rayonunda Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan videokonfrans keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və Zərdab rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 98 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusu ətrafında çıxış etdi.

O, qeyd etdi ki, Azərbaycanın böyük şəxsiyyətləri çox olsa da, tariximizdə Heydər Əliyev qədər dərin iz buraxan, xalqımızın taleyində həllədici rol oynayan ikinci şəxsiyyət olmamışdır. Məhz bu nadir tarixi şəxsiyyət 20-ci əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik amalına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüş, onun dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Ulu Öndər Heydər Əliyev zəngin idarəetmə təcrübəsinə, yüksək siyasi intellektə sahib olduğu üçün, mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olduğu üçün milli inkişaf konsepsiyasını işləyib hazırlamış və onu dönmədən həyata keçirmişdir. Məhz onun respublikaya rəhbər seçilməsi ilə ötən əsrin 70-ci illərinin əvvəllərindən Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni dövr başlamışdır. Həmin illərdə Azərbaycan tarixinin öyrənilməsinə, milli təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət verilmişdir. Pərvin Mahmudova həmçinin onu da qeyd etdi ki, Azərbaycan xalqı dünya şöhrətli siyasətçi Heydər Əliyevin 98-ci ildönümünü 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən sonra daha yüksək əhval-ruhiyyədə qeyd edir. Tarixi zəfərimiz unudulmaz lider Heydər Əliyevin ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.

Tədbirdə YAP Zərdab rayon təşkilatının Qadınlar Şurasının sədri Xəyalə Veyisova, YAP Zərdab rayon təşkilatının Şura üzvü Gülağa İsgəndərov, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış etdilər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin vətən, xalq qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən siyasətindən danışaraq Ulu Öndərin özündən sonra qalib Azərbaycana, eləcə də artıq böyük qüvvəyə çevrilən və öz ətrafında 700 mindən artıq həmfikiri birləşdirən Yeni Azərbaycan Partiyasına Cənab İlham Əliyev kimi lider, siyasi varis bəxş etdiyindən iftixar duyduqlarını söylədilər.

ZÜMRÜD

Digər xəbərlər