PDF Oxu

Siyasət

  • 3 559

YAP Nəsimi rayon təşkilatında Ulu Öndərə həsr edilmiş tədbir kecirilib - FOTOLAR

YAP Nəsimi rayon təşkilatında Ulu Öndərə həsr edilmiş tədbir kecirilib - FOTOLAR

YAP Nəsimi rayon təşkilatı və təşkilatın gənclər birliyi çağdaş dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayonun fəal gənclərinin və Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənmiş bir qrup qazilərin iştirakı ilə video-konfrans təşkil edib.

Tədbirdə öncə gənclər birliyinin hazırladığı Ulu Öndərə həsr edilmiş video-çarxa baxılıb. Sonra müasir dövlətimizin Qurucusu Ulu Öndər Heydər Əliyev haqqında, eləcə də Onun xalqımız qarşısında misilsiz xidmətləri haqqında gənclər öz xatirə və düşüncələrini paylaşiblar. Çıxış edənlərin hər biri bu gün dövlətimizin rəhbərinin Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, Müzəffər Ali Baş Komandan və Prezident İlham Əliyevin olmasını qürurla vurğulayıblar.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı əldə edilən möhtəşəm Zəfərin təməlində də Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər