PDF Oxu

Siyasət

  • 3 425

Əli Əsədov Mixail Mişustinə başsağlığı verib

Əli Əsədov Mixail Mişustinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb. Nazirlər Kabinetindən "Səs" qəzetinə verilən məlumata görə, baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

Digər xəbərlər