PDF Oxu

Siyasət

  • 3 356

Paşinyan və Putin Zəngəzurda baş verənləri müzakirə ediblər

Paşinyan və Putin Zəngəzurda baş verənləri müzakirə ediblər

Telefon söhbəti erməni tərəfinin təşəbbüsü ilə baş tutub

Ermənistan və Rusiya liderləri - Paşinyan və Vladimir Putin arasında baş tutan telefon danışığında son günlərdə Ermənistan-Azərbaycan sərhədində baş verən hadisə ilə bağlı fikir mübadiləsi aparılıb. Kremlin mətbuat xidməti xəbər verir ki, söhbət cümə axşamı axşam saatlarında erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Yayılan xəbərdə qeyd edilir ki, tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti də müzakirə ediblər. Rusiya prezidenti atəşkəsin ciddi şəkildə yerinə yetirilməli olduğunu söyləyib. "Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisə ilə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb".

Rusiya tərəfi bölgədəki sabitliyin təmin edilməsi naminə fəal vasitəçilik səylərini davam etdirmək və İrəvan və Bakı ilə sıx təmasları davam etdirmək qərarını bir daha təsdiqləyib.

Paşinyan Cənubi Qafqazdakı bütün problemlərin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib. Rusiya Prezidentinə minnətdarlığını bildirərək, ortaya çıxan bütün problemlərin müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll olunması üçün konstruktiv bir dialoq və qarşılıqlı əlaqələrin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Digər xəbərlər