PDF Oxu

Siyasət

  • 3 371

Paşinyanın mətbuat xidməti Putinlə söhbətin məzmununu təhrif etdi

Paşinyanın mətbuat xidməti Putinlə söhbətin məzmununu təhrif etdi

Ermənistan hökumətinin mətbuat xidməti Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən telefon görüşməsi zamanı müzakirə olunan mövzunun məzmununu, Putinin fikirlərini, Paşinyanın dediklərini bütünlüklə təhrif ediblər. SİA xəbər verir ki, bu siyasi qalmaqal barədə artıq həm rus, həm də erməni mətbuatı yazıb.

Kremlin yaydığı məlumatda qeyd edilir ki, prezident Vladimir Putin tərəfləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış sənədlərin şərtlərinə əməl etməyə çağırıb. Amma Paşinyanın mətbuat xidməti "Ermənistan və Rusiya liderləri Azərbaycan silahlı qüvvələrinin ilkin mövqelərinə geri çəkilməsinin vacibliyi barədə razılığa gəldilər", şəklində rəsmi məlumat yayıb.

Ermənistanın siyasi dairələri Paşinyanın ikili oyununu, feyk məlumatlarını seçkilər ərəfəsində namizədlərin seçicilərdən səs oğurlaması ilə müqayisə ediblər.

Əlbəttə, Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədinin haradan keçdiyini dəqiq bilir və həmin xəritələrin surətlərini də tərəflərə verib. Amma Ermənistanın həm rəsmi dairələri, həm də özlərini "revanşist"lər kimi təqdim edən bir qrup başıpozuq, tasması başqalarının əlində olan terrorçu-separatçı dəstələr həmin xəritələri yox, özlərinin illər uzunu beyinlərindən ifraz etdikləri uydurma cızma-qaranı əsas götürürlər.

Digər xəbərlər