Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Zəngəzurdakı (Sünik) vəziyyətlə əlaqədar olaraq KTMT Şurasının sədri, Tacikistan prezidenti Emoməli Rəhmona rəsmi müraciət edib. SİA bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.
Paşinyan KTMT-yə (üzvü olan ölkələrə qarşı təhlükəni aradan qaldırmaq üçün tədbirlər görmək) müqavilənin 2-ci maddəsini əsas gətirərək müraciət edib. Qeyd edilir ki, baş nazir KTMT üzv dövlətlərinin başçılarına məktublar göndərib və vəziyyəti ətraflı şəkildə təqdim edib.