PDF Oxu

Siyasət

  • 5 801

"Heydər Əliyev Fondunun əsas məqsədi ondan ibarətdir ki,..." DEPUTATDA N AÇIQLAMA

"Heydər Əliyev Fondunun əsas məqsədi ondan ibarətdir ki,..." DEPUTATDA N AÇIQLAMA

“İlk növbədə qeyd edim ki, Heydər Əliyev Fondu böyük uğur və zəfərlərə imza atıb. Belə ki, Fond fəaliyyətə başladığı gündən xeyriyyəçiliyi, rəhmi, mərhəməti və şəfqəti seçib. Ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, iştirakı və xeyir-duası ilə 17 il bundan öncə yüksək amallar naminə yola çıxan, qarşısına böyük hədəflər qoyan Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond fəaliyyəti ilə nəinki Azərbaycanda, həmçinin, dünyada da böyük yerə sahibdir. Fondun rəhbəri Mehriban Əliyeva azərbaycanlılarla yanaşı, bütün dünyanın sevimlisinə çevrilib. Mehriban xanım bu gün dünyamızın şəriksiz şəfqət simvoludur. Belə ki, o Azərbaycanda və dünyada hansı uzaqlıqda yaşamasından asılı olmayaraq, yardıma ehtiyacı olan insanların yanında olub, onların harayına çatıb, ana olub, bacı olub, hər cür dəstək göstərib. Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə illər öncə Azərbaycanda çox böyük layihələrə start verilib. Bu layihələr müxtəlif istiqamətlərdə olub və bu gün də davam etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, fondun əsas istiqamətlərindən biri də, Azərbaycan mədəniyyətinin dünyada yayılması və təbliğidir: “Bu gün Azərbaycan mədəniyyətinin milli kimlik göstəricilərindən olan muğam özünün ikinci nəfəsini, inkişafını və intibah mərhələsini yaşadı. Azərbaycan muğamı bu gün də dünyaya səs salmaqda, ən geniş salonları, məkanları fəth etməkdə davam edir. Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən ən böyük hədəflərindən biri də Azərbaycan həqiqətlərini, Qarabağ hadisələrini, 30 il müddətində üzləşdiyimiz acı və ağrıların olduğu kimi dünyaya çatdırılmasında böyük rol oynayır”.Deputat sözlərinə belə davam edib: “Xüsusilə qeyd etmək istəyirəm ki, cənab Prezident tərəfindən mədəniyyət paytaxtı elan edilən Şuşada iki gün beynəlxalq musiqi festivalı keçirilməsi hələ uzun müddət yaddaşlarda qalacaq. Bu festivalın da təşkilatçılığı Heydər Əliyev Fondu ilə əlaqədardır. Festivalda olan bütün situasiyalar hər birimizə unudulmaz anlar yaşatdı. Bu fondun gördüyü işlər haqqında saatlarla və hətta, günlərlə danışmaq olar. Bütün bunlar Azərbaycanın çiçəklənməsi uğrunda atılan addımlardır”.

sia.az

Digər xəbərlər