PDF Oxu

Siyasət

  • 3 798

"Xalqımız ayıq xalqdır və ağı-qaradan seçir” MEDİA EKSPERTİ İZAH ETDİ

"Xalqımız ayıq xalqdır və ağı-qaradan seçir” MEDİA EKSPERTİ İZAH ETDİ

“Azərbaycan çox önəmli qlobal və regional proseslərin mərkəzindədir. Bir tərəfdən Ermənistanla arada olan münaqişənin bitirilməsi, Azərbaycanın haqlarının təmin edilməsi üçün aktiv diplomatik proseslər keçirilir. Digər tərəfdən, regonla bağlı qlobal layihələrin müzakirəsin davam edir”. Bunu SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, hazırki mərhələdə Azərbaycanda sabitliyin olması, hakimiyyətə dəstək verib ölkəmizin maraqlarının təmin edilməsi zəruri şərtdir: “Hiss olunur ki, hansısa mərkəzlər Azərbaycanda sabitliyi pozmaq, iç problemləri qabartmaqla ölkənin diqqətini zəruri qlobal proseslərdən yayındırmaq istəyir. Əslində “hansısa mərkəz” deyəndə qeyri-müəyyən bir gücdən söhbət getmir. Söhbət beynəlxalq erməni şəbəkəsi və bu şəbəkəni himayə edən güclərdən gedir. Onlar həmişə Azərbaycana qarşı belə davranıblar: mühüm beynəlxalq proseslər zamanı - hansılar ki, Azərbaycan üçün taleyüklü önəm daşyırlar- baş qaldırıblar, ölkədə qeyri-sabitlik yaratmağa cəhd göstəriblər. Təbii ki, bu işi özlərinin ölkə içindəki uzantıları vasitəsilə həyata keçirməyə çalışıblar. Bu gün də belədir. İllərcə mürgüləyən, marginallaşan müxalifətin birdən-birə dirçəldilməsi təsadüfi deyil. Onlar, Azərbaycanın uğurlu siyasəti ilə erməni şəbəkəsinin çökdürüldüyü bir anda aktivləşdirilirlər. Bu baxımdan niyyətləri bəllidir. Amma xalqımız da ayıq xalqdır: ağı-qaradan seçir”.

sia.az

Digər xəbərlər