PDF Oxu

Siyasət

  • 4 465

YAP-ın nümayəndələri qaziləri ziyarət ediblər

YAP-ın nümayəndələri qaziləri ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsi qaziləri - Əmircan qəsəbəsi sakini Fətullayev Məhəmməd Rövşən oğlunun və Zığ qəsəbəsi sakini Əlirzayev Fərid Nayib oğlunun ailələrini ziyarət edib, ailələrə sovqat aparıb və onların qayğıları ilə maraqlanıblar.Qazilərlə səmimi keçən görüşlər zamanı Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirib. Bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirib.Sonda Vətən Müharibəsi qaziləri göstərilən diqqət və qayğıya görə, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirib, onlara göstərilən qayğını hiss etmək onların yaralarının sağalmasına mənəvi dəstək olduğunu deyiblər.

sia.az

Digər xəbərlər