Bu gün Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesini, yəni, dövlət sərhəddinin dəqiqləşdirilməsi ilə bağlı həyata keçirilən prosesləri Ermənistan tərəfi münaqişə müstəvisinə çəkmək, dünyaya, eyni zamanda regionda maraqları olan dövlətlərin rəsmi şəxslərinə münaqişə ocağı, münaqişə mənbəyi kimi təqdim etməyə çalışırlar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.Politoloq xüsusilə vurğulayıb ki, Nikol Paşinyanın son çabaları, onun KTMT rəhbərlərinə şəxsən telefon açması, burada atəşkəsin pozulması, tərəflər arasında münaqişə baş verməsi ilə bağlı yalan məlumatlar verməsi məhz buna xidmət edir.“Mən hesab edirəm ki, Ermənistan üzərindən regionda maraqlarını həyata keçirmək istəyən bir sıra dövlətlər üçün Azərbaycanın 44 günlk Vətən müharibəsi ilə yaratdığı yeni reallıq, yeni mühit, yeni cəmiyyətlərarası münasibətlər müstəvisi həmin dövlətlərin maraqlarına xidmət etmir və ona görə də mümkün variantlarla 10 noyabr bəyənatının qüvvədən salınmasına çalışılır. Xüsusilə, həmin dövlətlər, həmin qüvvələrin başında mən Fransanı qeyd etmək istəyirəm. Tarixdən də bildiyimiz kimi, Fransa və digər Qərbi Avropa dövlətləri müəyyən dövrlərdə, tarixin müəyyən dövrlərində fərqli-fərqli regionlarda dövlətlər arasında imzalanmış müqavilələri qüvvədən salmaqla öz maraqlarına uyğun yeni müqavilələr imzalanmasına nail olublar. Məhz həmin o tarixi proseslərdən, tarixi xronologiyadan çıxış etmək istəyən həmin o dövlətlər Qafqazda da, regionda da, Azərbaycanda da 10 noyabr bəyənatını qüvvədən salmaq, Ermənistan-Azərbaycan arasında münaqişənin davamlı xarakter almasına çalışırlar. Təəssüf ki, Ermənistanın hazırki siyasi rəhbərliyi də həmin qüvvələrin, həmin beynəlxalq güclərin əlində alət olduğunu bu addımları ilə bir daha təsdiqləmiş olur. 10 noyabr bəyənatı, üçtərəfli bəyənat, iki münaqişə edən və bir arbitraj rolunda çıxış edən Rusiyanın imzası ilə münaqişənin aktiv fazasını yekunlaşdırmaqla yanaşı, həm də regiona sülh gətirəcəyini, regionda komunikasiya, iqtisadi əlaqələrin açılması ilə bağlı müxtəlif bəndləri özündə əks elətdirir. Hesab edirəm ki, Azərbaycan dövləti, Rusiya dövləti və Ermənistan bu sənədə imza atmaqla, bu prosesləri artıq yekunlaşdırmaq və qarşılıqlı əlaqələrin, qarşılıqlı komunikasiya xətlərinin açılması istiqamətində nöbvəti mərhələyə qədəm qoyduqlarını bildirdilər. Amma Ermənistan tərəfinin son dövrlər atdığı addımlar onu deməyə əsas verir ki, bu proseslərdə bir neçə istiqamətli maraqlar, bir neç istiqamətli mənafelər Azərbaycanla Ermənistan arasında və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına imkan vermir.Birincisi, hesab edirəm ki, Ermənistanda ilkin növbədənkənar parlament seçkiləri ərəfəsində revanşist qüvvələrin elektoratını parçalamaq və həmin elektoratdan müəyyən mənada səs qazanmaq üçün sülhə, razılığa, Türkiyə ilə, Azərbaycanla əlaqələrin qurulmasına meyilli olan Paşinyan bu gün daha çox revanşist mövqedən fikirlərini bildirməyə çalışır. Hesab edirəm ki, bu, məhz seçkilərə və daxili auditoriyaya hesablanmış, daxili auditoriyanı aldatmaq üçün işlədilən, istifadə olunan bir ritorikadır və çox böyük ehtimalla seçkilərdən sonra biz Paşinyandan yeni fikirlər, yeni mövqelər görəcəyik və o yeni fikirlər sərgiləməyə başlayacaq.
İkinci məsələ, burada təbii ki, Rusiyanın maraqları dayanır. Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin birmənalı şəkildə tam olaraq, ədalətli həllini, dövlət maraqlarına xidmət edən bir proses kimi qiymətləndirmir. Hesab edirəm ki, Rusiya üçün münaqişə burada dondurulmuş şəkildə, xüsusilə Ermənistanla Azərbaycan arasında narazılıq, gərginlik daim qalacağı şəkildə atəşkəsin əldə olunması və iqtisadi əlaqələrin qurulmasına çalışılır və bu Rusiyanın maraqlarına xidmət edir. Çünki, istənilən an qızışdırıla biləcək, istənilən an alovlandırıla biləcək münaqişə Rusiyanın regionda nüfuzunu, Rusiyanın regionda mövcudluğunu təmin edəcək mühüm, əsas şərtlərdən biridir.Üçüncü mühüm şərt, Zəngəzur dəhlizi ilə bağlıdır. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması region dövlətləri ilə yanaşı bir çox dünya dövlətlərinin, eləcə də Rusiyanın maraqlarına xidmət edir. Amma, Zəngəzur dəhlizinin Azərbaycanın və Türkiyənin nəzarətindən daha çox Rusiyanın nəzarəti altında açılması və fəaliyyət göstərməsi Moskvanın maraqlarına xidmət etdiyi üçün bu münaqişənin müəyyən mənada hələ də davam etməsi Rusiyaya çox lazımdır.Digər bir məsələ, hesab edirəm ki, Qərbi Avropa dövlətlərinin regionda Rusiya və Türkiyənin möhkəmlənməsinə, Azərbaycanın güclənməsinə zidd olan fəaliyyətlə bağlıdır. Çünki, həmin dövlətlər Türkiyə və Rusiyanın müttəfiq kimi regiona daxil olmasını qəbul etmədikləri kimi, Azərbaycanın da regionun söz sahibinə çevrilməsini, regionun lider dövlətinə çevrilməsini və demək olar ki, bütün proseslərin, siyasi, iqtisadi lahiyələrin avanqardı, aparıcısı rolunda çıxış etəsini qəbul etmək istəmirlər. Ona görə də müəyyən rıçaqlardan, müəyyən vasitələrdən istifadə etməklə, xüsusilə də Ermənistan amilindən istifadə etməklə, Azərbaycana təzyiq göstərmək istəyirlər. Amma, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, bunu Ermənistan cəmiyyəti istəsə daha yaxşı, istəməsə, Azərbaycan öz gücü ilə, məcbur edərək Ermənistanı beynəlxalq hüququn tələblərinə əməl etməyə, eyni zamanda imzalanmış 10 noyabr bəyənatının şərtlərinin, tələblərinin yerinə yetirilməsinə məcbur edəcəkdir. Azərbaycan həm ordu baxımından, həm iqtisadi qüdrəti baxımından, eyni zamanda, Azərbaycan dövlətinin yaratdığı son reallıqlar baxımından ölkəmizin siyasi qüdrəti, siyasi gücü, siyasi çəkisi buna imkan verir ki, biz Ermənistanla lazım olduğu anda, onu məcbur etməklə, beynəlxalq hüququn və 10 noyabr, eləcə də 11 yanvar razılaşmalarının şərtlərinə əməl etməyə Ermənistanı məcbur edək”, deyə Anar Əliyev bildirib.
sia.az