PDF Oxu

Siyasət

  • 4 431

“Əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir” DEPUTAT ŞƏRH ETDİ

“Əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir” DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan-Belarus münasibətlərinin tarixi çox böyükdür və Sovet dönəmində hər iki müttəfiq respublikanın demək olar bütün sahələr üzrə əməkdaşlıq formaları var idi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Millət vəkili vurğulayıb ki, müstəqillik bərpa edildikdən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikalar arasında münasibətlər artıq müstəqil dövlətlər münasibətləri səviyyəsinə qalxdı.“Həm Ulu Öndər, həm də Cənab Prezident Belarusla münasibətlərə xüsusi əhəmiyyət veriblər. Belarus da Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərdən biri olub, Azərbaycanla hərtərəfli münasibətləri genişləndirmək səviyyəsində olub. Bu münasibətlər o cümlədən hərbi-texniki sahədə də genişlənib. Sovet dövründən Belarus onun ərazisində olan hərbi potensialı qoruyub saxlaya, hətta dünya kommersiya bazarına çıxa bilib. Belarus hərbi texnikası, hərbi texnikaya qulluq dünyada hörmət edilən xidmətlərdən biri sayılır. Azərbaycanla Belarus həm birgə kooperasiya, həm ordunun modernləşməsi, hərbi-texniki əməkdaşlığın dərinləşməsi məsələlərini həmişə diqqətdə saxlayıblar və bu günlərdə Belarus müdafiə nazirinin Azərbaycana səfəri hərbi əməkdaşlığın möhkəmlənməsi, Belarusun Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində iştirakı və bir də birgə layihələr geniş müzakirə olunub. Hesab edirəm ki, bu əməkdaşlıq hər iki dövlətin mənafeyinə uyğun gəlir.Belarus Vətən müharibəsi dövründə Azərbaycanın apardığı hərbi əməliyyatları dəstəklədi və müharibədən sonra işğaldan azad edilən zonalarda bərpa işlərində yaxından iştirak etmək əzmini bildirdi və bu istiqamətdə işlər aparılır. Hal-hazırda isə, bütün sahələr, o cümlədən hərbi sahədə əməkdaşlıq da öz səmərəsini verməkdədir. Baxmayaraq ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Azərbaycan Qoşulmama Hərəkatının sədridir, bununla belə əməkdaşlığımız uğurla davam edir və bu əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir”, deyə Aydın Mirzəzadə bildirib.

sia.az

Digər xəbərlər