Türkiyənin yeni güc mərkəzinə çevrilməsini, Azərbaycanın güclənməsini qəbul etməyən və özünün super güc “səlahiyyətlərini” itirməkdə olan ABŞ xarici siyasətini aqressivləşdirir
Bəşəriyyəti uzun illər narahat edən əsas məsələlərdən biri üçüncü dünya müharibəsinin başlaması təhlükəsidir. Bununla bağlı zaman-zaman müxtəlif versiyalar irəli sürülmüşdü və əslində bir neçə dəfə dünya sivilizasiyanı məhv edə biləcək belə bir müharibənin astanasında olub. Və üçüncü dünya müharibəsinin əsas ssenarisi kimi adətən, məhz nüvə silahlarından istifadə etməklə savaş aparmaq nəzərdə tutulurdu. Və hesab olunurdu ki, artıq 21-ci əsrdə adi silahlardan istifadə etməklə hər hansı bir müharibədə qalib gəlmək mümkün deyil...
Azərbaycan Liderinin – Prezident İlham Əliyevin qətiyyətli qərarları bütün bu fikirləri alt üst etdi. İlham Əliyev bütün dünyaya sübut etdi ki, ölkənin maraqları hər şeydən üstündür və ədalətin bərqərar olunması üçün heç kimin hər hansı icazəsi tələb olunmur. Əlbəttə ki, Qarabağda zəfərlə başa çatdırılan 44 günlük son müharibə və onun nəticələri ABŞ başda olmaqla dünyada özlərini söz sahibi hiss edən ölkələri sözün əsl mənasında dəhşətli dərəcədə heyrətləndirdi, şoka saldı. Hətta bu gün də onların davranışlarından, baxış prizmalarından çox rahatlıqla sezmək mümkündür ki, onlar hələ də ayıla bilməyiblər və həmin ölkələr Qarabağ müharibəsinin nəticələrinin onların yaratdıqları dünya düzəninə təhlükə kimi görürlər. Bu ölkələr, Qarabağ müharibəsində ərazi baxımından kiçik, lakin iradə baxımından nəhəng olan Azərbaycanın onlar tərəfindən hərtərəfli dəstəklənən Ermənistanı məhv etməsini artıq mümkün üçüncü dünya müharibəsinin lokal versiyası kimi görür, və “asılı” hesab etdikləri Azərbaycanın bu dərəcədə qələbə çaldığı halda, digər, yəni ərazı, maliyyə, və əhali baxımından daha böyük ölkələrin bu ölkələri tam məhv edə biləcəyini düşünərək təcili olaraq xarici siyasətlərində dəyişikliklərə başlayıblar.
Qarabağ müharibəsi üçüncü dünya müharibəsinin mümkün modeli kimi
Qarabağ müharibəsini üçüncü dünya müharibəsinin modeli kimi qəbul edən ABŞ beynəlxalq siyasətini aqressivləşdirir. Qarabağ müharibəsinin dünya müharibəsi modeli kimi qəbul edilməsində həqiqətən də müəyyən əsaslar mövcuddur:
- Hərbi və siyasi bloklarda birləşmiş ölkələrin sıravi üzviləri arasında hərbi münaqişə;
- Münaqişəni dəstəkləyən nəhəng ölkələr: Azərbaycanı- Rusiya, Türkiyə, İran, Pakistan, İsrail Ermənistanı-ABŞ, Fransa, Kanada, Hindistan, Suriya;
- Hibrid müharibənin aparılması;
- Nüvə silahından başqa demək olar ki, bütün növ silahlardan istifadə.
Yeganə baş verməyən hələ ki, müharibənin nəticələrini əks etdirən yekun konfrans: Birinci dünya müharibəsindən sonra- Paris konfransı, İkinci dünya müharibəsindən sonra Potsdam konfransı. Lakin Qarabağ müharibəsindən sonra hələ sülh konfransı haqqında danışan belə yoxdur, halbuki ölkə lideri Azərbaycanın bu danışıqlara hazır olduğunu bəyan edib. Deməli, Ermənistanı dəstəkləyən “güc bloku”na daxil olan ölkələr müharibənin nəticələrini qəbul etmir və bu nəticələri dəyişmək niyyətindədirlər. Şübhəsiz ki Azərbaycan və onu dəstəkləyən hərbi-siyasi blok bu gedişə hazır olmalıdır. Əks blokun Azərbaycana bütün təsir imkanları neytrallaşmalıdır. Ölkə daxilindəki ABŞ, Fransa, Kanada və digərləri ilə bağlı bütün siyasi, ictimai, qeyri-hökumət qurumları dərhal ölkədən çıxarılmalıdır. Məsələn, Azərbaycanın regionların Amerika mərkəzləri mövcuddur.
Və yaxud ABŞ-a məxsus QHT-lər artıq azad olunmuş ərazilərdə belə işləməyə cəhd göstərirlər. Buna isə qətiyyən yol vermək olmaz. Ölkəmiz Ermənistan blokuna daxil olan ölkələri yalnız yekun sülh sazişi imzalandıqdan sonra buraxa bilər.
Putin dövründə ABŞ bir dənə də olsun qlobal və yaxud regional məsələdə qalib gələ bilmir
Son illər baş verən proseslər dünyada yeni siyasi düzən formalaşmasına təkan verdi. Bu əsasən Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsi ilə başladı. Belə ki, məhz Putin Rusiyası əvvəlki Rusiyanın itirdiyi bütün əvvəlki siyasi, hərbi və hətta ərazi mövqelərini qaytarmağa başladı. Ən yeni tarixə diqqət yetirsək, Putin dövründə ABŞ bir dənə də olsun qlobal və yaxud regional məsələdə qalib gələ bilmir, və əksinə ardıcıl olaraq itirir. Venesuela, Suriya, Əfqanistan, Ukrayna, Gürcüstan, Ermənistan...
ABŞ-ın son və barışmaq istəmədiyi məğlubiyyət isə Putinin dəstəklədiyi Azərbaycanın Qarabağdakı qalibiyyətidir.
Sorosun siyasətə qoşulmağının ABŞ üçün acı nəticələri
Eyni zamanda, dünyada yeni düzən formalaşdırmağa çalışan yalançı demokrat, yaxud fırıldaqçı Soros hələ 80-ci illərin sonundan siyasətə fəal qoşularaq onlarla fondlar, QHT-lər və digər qurumlar yaratmaqla birbaşa Şərqə qarşı hücuma başladı. Öz qurumlarına siyasi dəstəyi göstərməkdən ötrü isə o 2003-cü ildən ABŞ da siyasi proseslərə müdaxilə etməyə başlayır və açıq şəkildə demokratları dəstəkləyir. Nəhayət, 2008-ci ildə Soros öz məqsədinə çatır və Barak Obamanı ABŞ prezidenti təyin edir, bəli, məhz təyin edir! Çünki bu məsələdə sadə amerikalı seçicidən daha çox onun milyardarı rol oynayıb. Əbəs deyil ki, Soros məhz Obamanın vasitəsi ilə dərhal dünyada öz dağıdıcı ideyalarını yürütməyə başlayır. O da sirr deyil ki, Obama hakimiyyəti dövrü dünyada ən dağıdıcı hadisələrlə yadda qaldı: Ukrayna, İŞİD-in baş qaldırması, Ərəb baharı, Suriyada müharibənin başlaması və sair.
Sorosun hücum dairəsinə şübhəsiz Azərbaycan da daxil idi və o buraya çoxsaylı fondlar QHT-lər göndərməyə başladı və onların əksəriyyətini demokratların hakimiyyətə gəlməsi ilə nəzarətə keçən USAİD vasitəsi ilə maliyyələşdirməyə başladı (biz bu haqda yazmışdıq https://sia.az/az/news/politics/856893.html ).
Nəticədə Obamanın iki prezidentlik müddətindən sonra Sorosun planına görə növbəti prezident məhz Hillari Klinton olmalı idi. Hər şey də buna doğru yönəlmişdi. Sorosun Hillari Klinton üzərində nə qədər “haqqı” olduğunu isə bizim öncə paylaşdığımız bir yazı aydın şəkildə göstərir (bax https://sia.az/az/news/politics/870695.html ).
Məsələn, həmin yazıda Soros dövlət katibi olan Klintona rəsmi müraciət forması olan “Xanım Dövlət Katibi” əvəzinə sadəcə “əziz Hillari” kimi müraciət edir (?!).
Lakin Soros xırda səfhə yol verir. Məsələ burasındadır ki, Soros Hillari Klintona olan real dəstəyi əslində olduğundan daha çox proqnozlaşdırmışdı və bu səbəbdən özünün nəzarətində olan, eləcə də Serbiyada yerləşən “Dominion Səsvermə Sistemləri Korporasiyası” ABŞ-da prezident seçkilərin hesablanması zamanı “mümkün xətanı” səhvən Hillari Klintonun qalib gəlməsi üçün tələb olunduğundan az müəyyən etmişdi.
Donald Tramp isə həqiqətən orta statistik amerikalıların səsini qazanmaqla gözlənildiyindən daha çox səs toplayaraq, Sorosun “Dominiona” tapşırığı olan xəta limitini aşaraq qalib gəldi. Şübhəsiz ki, bu Soros üçün şok yaratdı və məğlubiyyətlə barışmaq istəməyən Corc, dərhal Trampa qarşı müxtəlif əsassız ittihamlarla çoxsaylı məhkəmələrə start verdi. Ümumiyyətlə, Trampın demək olar ki, bütün prezidentliyi dövründə Soros onun fəaliyyətlərini əngəlləməyə çalışırdı və hətta bir neçə dəfə impiçment cəhdlərinə əl atdı. Və nəhayət - 2020-ci il seçkilərində “Dominionun” vasitəsi ilə Trampı “vurdu”, demensiya xəstəliyindən ciddi əziyyət çəkən Baydeni taxta gətirərək onu ətrafında özünün Hilari Klinton üçün hazırladığı adamlarını yerləşdirdi ki, onlar da Baydeni idarə edə bilsinlər.
Bir sözlə, Soros siyasətə aktiv qoşulandan ABŞ-siyasəti tarazlaşmış dünya siyasətini yürüdən peşəkarlardan keçdi sırf öz maraqlarına xidmət edən bir qrup qeyri-peşakarların əlinə və bu qrup şəxslərin yürütdükləri acgöz və qapıcı siyasətin nəticələri artıq göz qabağındadır: ABŞ özünün supergüc rolunu itirir, özü də bütün dünyanın gözü qarşısında!
Türkiyə mərhələli şəkildə ABŞ-ın müəyyən supergüc “səlahiyyətlərini” əlindən alır
Yaxın Şərq dünya tarixində qlobal siyasətin formalaşmasında həmişə ən əhəmiyyətli rol oynayıb. Ən azından, dünyanın əsas üç dini məhz bu regionda yaranıb və birinci minilliyin sonlarından başlayaraq dünya siyasətinin formalaşmasında türklər əhəmiyyətli rol oynayıblar. Yaratdıqları dövlətlərdən asılı olmayaraq onlar daimi böyük güc və müdrik siyasətə nail olmaqla dünya tarixində baş verən bütün əhəmiyyətli proseslərə fəal cəlb olunublar. Məsələn, Birinci dünya müharibəsində Türkiyənin rolu son dərəcə əhəmiyyətli olub və yürüdülən siyasət nəticəsində Avropa ilə Asiyanı birləşdirən dəhliz nəzarətdə saxlanılıb. Yaxud, İkinci dünya müharibəsi zamanı Türkiyə daha ölçülmüş siyasət yürüdərək, müharibəyə hər hansı bir tərəfdən qoşulmaqdan son ana qədər yayınır.
İyirminci əsrin 60-cı illərdəki “Karib böhranı” zamanı yenə də Türkiyə gündəmı gəlir və sonda onun ərazisində yerləşən raketlər “köhnəlmiş” adı ilə ölkədən çıxarılır. Bir sözlə, Türkiyə güc olaraq daim dünya siyasətinin önündə olub və artıq türklərin və yaxud Türkiyənin dünya liderliyinin qalxmalarına tam zəmin yaranıb. Türklərin güclü dövləti, güclü diplomatiyası, və şübhəsiz ki Ərdoğan kimi lider bunu labüd edir. Artıq göründüyü kimi, dünya da Türkiyənin supergücə çevrilməsini görür, dəstəkləyir, və qəbul edir. Necə deyərlər, XXI əsr Türk Əsridir!
Türkiyənin artıq formalaşmaqda olan supergüc olmasına dəlalət edən faktorlar hansılardır?
- Cəsarətli siyasətin aparılması. Türkiyə çəkinmədən öz maraqlarını ortaya qoyur və onların müdafiəsi istiqamətində bütün zəruri addımları atır.
- Liviya, Suriya, Kipr, Azərbaycan və digər yerlərdə Türkiyə onun siyasətin zidd siyasət yürüdən qüvvələri tam şəkildə geri otuzdurdu.
- Türkiyəni güclü dövlət görərək bir çox ölkələr onun ətrafında birləşməyə cəhd edir, onunla müttəfiq olmağa çalışırlar.
- Rusiya, Çin və İran -Türkiyənin yeni rolunu görür, bəyənir və dəstəkləyir. Bu nəhəng ölkələr cəsarətli və etibarlı siyasət yürüdən dövlətlə tərəfdaşlığa daha çox üstünlük verirlər və azmış, eləcə də bu səbəbdən hiddətlənmiş ABŞ-ın dünya idarəedicisi rolunu öz siyasətləri ilə artıq tam şübhə altına alırlar.
- Türkiyənin artan nüfuzunun göstəricisi olaraq Ukraynada vəziyyət pisləşən kimi Zelenskinin Ərdoğann yanına gedərək dəstək istəməsini gətirmək olar. Yeri gəlmişkən, Türkiyənin artan rolundan qorxan Soros dərhal bundan sora Blinkeni Ukraynaya göndərmişdi…
ABŞ sayağı “suqsvanq”
Supergüc rolunu itirilməsi prosesinin qarşısını ala bilməyən ABŞ özünü “suqsvanq” vəsiyyətinə salıb, yəni hər atdığı növbəti addımla özünün dünya siyasətindəki yerini daha da mürəkkəbləşdirir və nüfuzunu itirir və bunun əvəzini heç bir cəsarət tələb etməyən, belə desək qurşaqdan aşağı zərbələr endirməklə kompensasiya etməyə çalışır. Məsələn heç bir əsas olmadan, heç bir izahat verilmədən Putin “qatil” adlandırılır. Yaxud, Türkiyəyə qarşı “genosid” hoqqası işə salınır. Özü də bunu etmədən əvvəl Bayden Ərdoğana zəng edib bunu etməyə məcbur olduğunu deyir. İsrail Fələstin münaqişəsini sülh yolu ilə həll etməkdə köməklik etmək əvəzinə münaqişə tərəflərinə silah satışını artırır. Lakin gəlin görək əks tərəfin bu cılız hərəkətlərə reaksiyası necə oldu?
Putin Baydenə “can sağlığı” arzulayaraq faktiki olaraq onu “xəstə” adlandırdı. Ərdoğan isə yüksək təmkinlə bu hərəkətin nə qədər ucuz hərəkət olduğunu göstərdi. Yəni faktiki olaraq “genosid” məsələsində ABŞ və Türkiyə yerlərini dəyişdilər. ABŞ “it” oldu, Türkiyə isə “karvan”. Amma şübhəsiz ki, ABŞ-ın bu hərəkəti cavabsız qalmayacaq və Türkiyə onun cavabını artıq supergüc olaraq verəcəkdir. Burada biz Qarabağ müharibəsi zamanı Böyük Britaniyanın da mövqeyini qeyd etməliyik. Yəni, adətən ABŞ və onun tör-töküntüsünü dəstəkləyən Britaniya bu müharibədə Türkiyəni və onun müttəfiqi olan Azərbaycanı dəstəklədi, bu faktın özü Türkiyənin ABŞ-ı ardıcıl olaraq əvəzlədiyinə dəlalət edir.
ABŞ-da hərbi çevriliş təhlükəsi varmı?
Şübhəsiz ki Sorosun öz iştahasını ödəmək məqsədilə dünyanı nəzarətə götürülməsi naminə ABŞ-ın uzun illər formalaşdığı supergüc mövqeyini qurban verməsi ABŞ daxilində ciddi narazılıqlara səbəb olub. Məsələn, öz komandasını hakimiyyətə gətirmək naminə 2020-ci ildəki prezident seçkilərinin açıq aydın saxtlaşdırılması əhali arasında əsl qəzəb yaratdı və bu qəzəb ABŞ tarixində ilk dəfə olaraq Kapitoliyaya hücum və altı nəfərin ölümü ilə nəticələndi.
Və yaxud bir neçə gün öncə 120-dən çox ABŞ-ın ehtiyatda olan ali rütbəli zabitləri açıq bəyanat yayaraq ölkənin ağır durumda olduğunu etiraf etdilər. Bu gedişatla əslində marionet olan Bayden administrasiyasından narazılıq ABŞ-da hərbi çevrilişlə də nəticələnə bilər və bu ssenarini dəyişmək üçün Soros - Bayden administrasiyası mütləq hər hansı xırda da olsa lokal geosiyasi mübarizədə qələbə qazanmalıdır.
ABŞ-ın “intiqamının” Azərbaycan üçün təhlükəsi varmı?
Aydın məsələdir ki, Soros məğlubiyyətlə barışmayacaq və bütün resurslardan istifadə edərək cavab cəza addımı atmağa çalışacaq. “Cəza” tədbirinin hədəfi isə ABŞ-ın supergüc ölkə mövqeyini özlərinin hərəkətləri ilə sarsıdan Rusiya və Türkiyədir. Onların da birgə “cəzalandırılmalı” olan yeganə məsələləri əlbəttə ki, Qarabağ faktorudur və “qurbanlıq” ölkə kimi məhz Azərbaycan seçilmişdir. Və son zamanlar ABŞ-ın demək olar ki bütün Soros şəbəkəsinə daxil rəsmilərinin Azərbaycana ardıcıl olaraq təzyiq etmək cəhdləri kəşfiyyat xarakteri daşıyır ki, vəziyyəti öyrənib növbəti addımlarını planlaşdırsınlar.
Soros Azərbaycana niyə nifrət edir?
Üstəlik unutmayaq ki, Soros Azərbaycana nifrət edir və bunun bir çox səbəbləri var. Məsələn, Soros 2003-cü ildə Azərbaycana ilk səfəri zamanı yaxından tanış olduğu Fərhad Əliyevi, eləcə də digər şəxsləri Azərbaycanda hakimiyyəti ələ almağa hazırlamağa başlayır və bu niyyəti iflasa uğrayır. Sonralar Soros Azərbaycana özünün yaratdığı bir çox fondları və təşkilatları USAİD vasitəsi ilə yerləşdirməyə başlayır. Amma onların da əksəriyyəti 2014-cü ildə ölkədən çıxarılır. Lakin bəzi qüvvələrin dəstəyi ilə USAİD də başda olmaqla bir sıra Sorosa məxsus təşkilatlar hələ də ölkədə fəaliyyətlərinin davam etdirirlər. Azərbaycann Sorosun hakimiyyətə gətirdiyi Paşinyana qalib gəlməsi isə Sorosu ümumiyyətlə özündən çıxarıb.
Azərbaycan daha yeni və daha potensiallı gücə çevrilir, Sorosu isə hətta İsraildə təhlükə mənbəyi hesab edirlər!
Sorosu ən çox qıcıqlandıran məsələ isə Azərbaycanın sürətli templə güclənməsi, inkişafı, müstəqilləşməsi, və hətta dünya miqyasında söz sahibinə çevrilməsidir. Yəni Azərbaycanın bu yolla getməsi heç bir halda Sorosun və yaxud ABŞ-ın planlarına daxil deyil. Öz xalqına yaratdığı şəraitə görə, müdafiə gücünü artırılmasına görə, özünü müdafiə sahəsində bütün düşmənlərə və onların havadarlarına qalib gəlməsinə görə, hərtərəfli iqtisadi inkişaf siyasətinə görə, ölkənin idarəetməsində şəffaflıq prinsiplərini və yeni peşəkar kadrların cəlb olunmasına görə Azərbaycan artıq bir çox aparıcı ölkələrin uğurlarına çatmışdır. Soros isə xüsusilə postsovet məkanındkı belə ölkələri, əsasən də müsəlman və türkdilli Azərbaycanı həzm edə bilmir. Təsəvvür edin ki, milliyyətə yəhudi olan Sorosu İsraildə belə “təhlükə mənbəyi” adlandırıllar. Yəqin bu faktın özü bu Sorosun dünya üçün nə dərəcədə ziyanverici olduğunu göstərir. Yəni öz tarixi vətəninə nifrət edib problemlər yaradan birindən digər ölkələrə münasibətdə yaxşı nə addım atacağını gözləmək olar?
Azərbaycana qarşı təzyiqlərin artırılması hansı formalar ala bilər?
Bir sözlə, Sorosun Azərbaycanın məhv etmək arzuları puç olduğundan o ölkəmizə qarşı yeni təzyiq, hətta hücum hazırlayır və bu hücumun elementləri artıq göz qabağındadır. Hücum həm xaricdən həm də daxildən həyata keçirilə bilər. Xaricdən hücumun əsas hədəfi qondarma “DQR” statusu məsələsinin alver subyektinə çevrilməsidir. Bu alverə həmçinin ABŞ-ın hazırda əsas tərəf müqabilinə çevrilən Fransa və Kanada cəlb olunacaqlar. Lakin Azərbaycanın qonşu ölkələrindəki bir sıra ermənipərəst dairələri də Azərbaycana qarşı təxribatlara cəlb edilməsini də istisna etmək olmaz. Yəni burda söhbət Gürcüstan və İrandan gedə bilər. Və maraqlıdır ki, biz artıq bu qonşularla bağlı bəzi problemlərin şahidi oluruq. Məsələn Gürcüstandakı Dmanisi hadisələri və yaxud İranla sərhəddə təxribat nəticəsində iki sərhədçimizin şəhid olması. Üstəlik, dünənki Mödjtaba Zonnurun Zəngəzurla bağlı əsassız bəyanatı. Maraqlısı odur ki, Zonnurun bu bəyanatı məhz ABŞ-ın İrana qarşı sanksiyaların yumşaldılması mümkünlüyü barədə verdiyi bəyanatdan sonra verildi. Yəqin burda yerinə düşən bir faktı da xatırlatmaq olar İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vaxtı ilə İranın Soros fondları ilə əməkdaşlıq etməsi faktlarını təsdiqləmişdi.
Bundan əlavə və şübhəsiz ki, Soros Azərbaycana qarşı həmçinin “hibrid müharibənin” bütün elementlərindən istifadə edəcəkdir. Yəni Azərbaycana qarşı müharibə açıq hərbi təcavüz etmədən, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək ölkəmizdə fəaliyyət göstərən özlərini radikal müxalifət dalandıran antimilli qüvvələrə dəstək verməklə aparılacaqdır. Gizli əməliyyatların əsas aparıcı qüvvəsi isə mütləq halda öncədən hədəf ölkəyə “yerləşdirilən” ABŞ-a məxsus təsisatlar olacaqdır.
Və nəhayət, ölkə daxilində təxribatçı qüvvələrin fəaliyyətini əlaqələndirmək üçün “qüvvələr” yeşləşdirilir, yerli “dayaq” nöqtələri şəbəkəsi formalaşır. Bu məqsədlə ABŞ birbaşa səfirlik və yaxud əlavə təsir mexanizmi olan USAİD vasitəsi ilə müxtəlif dairələrə qrantlar ayrılır və onlar mütəmadi olaraq ABŞ-a göndərilirlər və orada əlavə beyinyuma əməliyyatından keçirilirlər. Ən əsası isə Azərbaycana yenə də USAİD-in vasitəsi ilə Sorosa məxsus ABŞ QHT-ləri yerləşdirilir və onlar birbaşa “aidiyyəti” üzrə məlumatları toplayıb və Sorosa göndərirlər. Bunu təsdiqini yenə də yuxarıda istinad etdiyimiz Sorosun xanım Klintona göndərdiyi məktubda açıq aydın görürük. Məktubun sonunda Soros yazır: “Mənim Tiranadakı Fondum vəziyyəti yaxından monitorinq edir və lazım olarsa təhlil təqdim edə bilər”.
Fikir verin, Soros açıq etiraf edir ki, onun təşkilatları təyinat ölkələrində hansı fəaliyyətlə məşğul olurlar. Biz isə dəfələrlə aidiyyəti qurumların diqqətinə çatdırmışıq ki, ölkədə hələ də Sorosa məxsus təşkilatlar fəaliyyət göstərir (bax https://sia.az/az/news/politics/866857.html ), lakin həmin təşkilatlar hələ də burdadır. Deməli onları ABŞ-ın ölkəmizdə artıq formalaşdırdığı (ələ keçirdiyi) qüvvələr dəstəkləyir və bu qüvvələri müəyyən etmək elə də çətin deyil.
Əlavə olaraq ABŞ səfirinin və USAİD-in sıx əməkdaşlıq etdikləri qurumlara diqqət yetirilsə və onların mütəmadi olaraq görüşdükləri və yaxud müxtəlif növ “əməkdaşlıq müqavilələri” imzaladıqları şəxslərə diqqət yetirsək, hər şey aydın olacaqdır. Bircə onu əminliklə deyə bilərik ki, demokratların əvvəlki hakimiyyəti dövrlərində Sosos hətta parlament seçkilərində müəyyən namizədləri dəstəkləmişdir, amma bu başqa bir yazının mövzusudur.
Azərbaycan hansı qabaqlayıcı tədbirləri görə bilər?
Bu kimi məsələlərdə prioritet istiqamət Ermənistanla münasibətlərin rəsmiləşdrilməsidir. Daha dəqiq desək, Ermənistan ikitərəfli dövlətlərarası saziş imzalamağa məcbur olmalıdır, çünki başqa yolu da yoxdur. Bunun adı sülh, ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında saziş də ola bilər. Həmin sənəddə ölkələrarası sərhədlərin qarşılıqlı tanınması, biri-birinin ərazisinin toxunulmazlığının tanınması və nəticə olaraq diplomatik münasibətlərin qurulması öz əksini tapa bilər. Belə bir sazişin imzalanmasının uzadılması son müharibənin nəticələrinin mütəmadi olaraq əks-düşərgə tərəfdən şübhə altına alınmasına şərait yaradacaqdır. Azərbaycan hazırda haqq etdiyi qələbəni qeyd edir, nəhəng quruculuq işləri ilə məşğul olur, amma düşmənin hansı addımlar attığından biz tam məlumatlı ola bilmərik.
Azərbaycan müharibə və onun nəticələrinin rəsmiləşdirilməsində iştirak edən tərəflər istisna olmaqla, istənilən kənar qüvvələrin prosesə müdaxiləsinin qarşısı almalıdır. Məsələn ABŞ-ın telefondan sallanan və gündə Azərbaycana zəng edib “narahatlığını bildirən” nümayəndələrinə birdəfəlik deyilməlidir ki, qatar artıq getdi. Vaxtında ABŞ-a səlahiyyət və imkan verilmişdi ki, bu məsələnin həllində iştirak etsin. Etmədilər və yaxud istəmədilər. Azərbaycanı ermənilərin xeyrinə olan “status kvon”u qəbul etməyə məcbur edirdilər. İndi isə getsinlər öz işləri ilə məşğul olsunlar. Amerikada yetişən hərbi çevrilişin qarşısını alsınlar. Maraqlıdır ki, Amerikaya indi kim səlahiyyət verib ki, zəng edib Azərbaycana desin ki, sən postu orda qoyma burda qoy? ABŞ hansı mandata uyğun hərəkət edir? Bu regiona burnunu soxmağa əsas verən əlində hansı hüquqi sənəd var? Bəlkə BMT ləğv olunub və onun səlahiyyətləri verilib ABŞ-a sadəcə bizim xəbərimiz yoxdur? Əgər söhbət gorbagor olan Minsk qrupundan gedirsə, orda Rusiya da var başqa bir həyasız ölkədə də var, nəticədə istənilən bəyanat yalnız üçtərəfli formada verilə bilər.
Söz yox ki, artıq Azərbaycan dost olmayan ölkələr siyahısı hazırlamalıdır və mümkündür ki, hazırlayıb da. Həmin siyahıya daxil edilən ölkələrə qarşı zəruri tədbirlər görülməlidir, o vaxta qədər ki, bu ölkələr Azərbaycana qarşı aşkar antisimpayiya xarakterli düşmənçilik siyasətlərindən əl çəksinlər.
ABŞ və Fransaya malik bütün qeyri-hökumət təşkilatlarının Azərbaycandan dərhal çıxarılmaları da gündəmə düşə bilər. Xüsusilə USAİD-in ölkəmizdəki fəaliyyətinə heç bir ehtiyac da qalmayıb. Əgər USAİD hər hansı faydalı işlə məşğul olmaq istəsə, o bunu elə ABŞ-dan və yaxud özünün tam nəzarətindən olan Gürcüstandakı regional ofisindən də edə bilər. Onun qonşu ölkədə çoxsaylı diplomat “libasınd”a sorosçuları var.
Hər bir halda biz artıq yeni dünya düzəni formalaşması ərəfəsindəyik və bizim bu yeni düzəndə hansı yer tutacağımız bizim indiki vaxtda atacağımız addımlardan asılıdır. Və inanırıq ki, bizi qələbəyə, zəfərə aparan Liderimiz və Ona sadiq olan qüvvələr, əsasən də xalq ölkə daxilindəki xainləri davamı olaraq müəyyən edib zərərsizləşdirəcək və ölkəmiz dünyanın yeni düzənində layiq olduğu yeri tutmağa davam etməklə yanaşı, həm də mövqeyini gücləndirəcəkdir.
Aydınoğlu,
Rövşən RƏSULOV