PDF Oxu

Siyasət

  • 3 837

“Xarıbülbül”ün əks-sədası ilə 30 illik torpaq həsrətinə son qoyuldu

“Xarıbülbül”ün əks-sədası ilə 30 illik torpaq həsrətinə son qoyuldu

Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə baş tutdu. 32 ildən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biri olmaqla, həm də Azərbaycan mədəniyyətinin işğaldan azad olunmasından keçən 6 ay müddətində "Xarıbülbül" festivalının keçirilməsi həm də böyük tarixi hadisə idi.Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada keçirilən festival, həm də Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirdi. Eyni zamanda, festivalda Prezident İlham Əliyev bütün dünyaya messajını verdi və dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Keçirilən festivalı izlədikdə bir daha gördük ki, festivalın proqramı və formatı ideoloji məzmununun milli birlik, həmrəylik, əzmkarlıq, tarixi və milli ənənələrə sədaqət kimi dəyərlər üzərində qurulmuşdu. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verir. Çünki tolerantlıq bizim xalqımızın mühüm dəyərlərindən biridir. Azərbaycan xalqı bu günü uzun illər idi gözləyirdi. Azərbaycan xalqı bu günü uzun illər idi gözləyirdi: Gözəl Şuşamız uzun illər idi ki, düşmən tapdağı altında idi, uzun illər idi ki, xarıbülbülün səsi gəlmirdi, qəlbimizdə bir nisgil var idi, daim həsrət içində idik, hər an Şuşaya qayıtmaq, yenidən o festivalı canlandırmaq arzusunda idik. Şükür Allaha ki, bu arzumuz gerçək oldu – Xarı Gülünə, Şuşa Azərbaycanımıza qovuşdu.Dövlət başçımız dünyada Şuşa kimi gözəlliyi olan şəhər görmədiyini dedi: «Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır».Dövlətimizin başçısı həmçinin bildirdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Prezident İlham Əliyev qeyd edib ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil. Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik və Şuşanın bir gün azad olunacağı ümidini isə heç bir zaman itirmədik. Buna səbəb xalqımızın öz liderinə, onun sözlərinə, vədlərinə inanması idi. Şuşanın azad olunacağına inamı, məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin arzusunu Qalib Sərkərdəmiz Prezident İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasətinin rəhbərliyi 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə - noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Dövlət başçısı noyabrın 8-də Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu müjdəsini bütün dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan "Şuşa bizimdir! Qarabağ bizimdir!" deyərək bu münasibətlə bütün Azərbaycan xalqını və bütün şuşalıları ürəkdən təbrik etdi: «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”Bəli, 32 ildən sonra Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalında dövlət başçımızın dediyi kimi: “Biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq”.

RAMİZ ŞABANOV,
YAP Tərtər rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər