PDF Oxu

Siyasət

  • 3 571

İrəvana KTMT-dən ağır zərbə - EKSPERT MÖVQE BİLDİRDİ

İrəvana KTMT-dən ağır zərbə - EKSPERT MÖVQE BİLDİRDİ

“Görünür Ermənistan bizim zərbələrimiz nəticəsində qorxu içində çabalayır. Ermənistan eyni anda həm Rusiyaya, həm NATO-ya, həm KTMT-yə müraciət edib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Ekspertin sözlərinə görə, aydın məsələdir ki, əgər bu təşkilata üzv dövlətlərdən hər hansı birinin ərazisinə bir təhlükə yaranarsa, KTMT müdaxilə edə bilər: “Amma Azərbaycan Ermənistan torpaqlarına iddialı deyil. Söhbət Qaragöl təbiət qoruğundan gedirsə, bura Sovet dövründən Azərbaycan ərazisi olub. Bütün keçmiş xəritələrdə də bu qeyd olunub. Həmçinin, demarkasiyaya əsasən də ərazi Azərbaycana məxsusdur. Buna baxmayaraq Azərbaycan yenə də müəyyən güzəştlərə getməyə hazırdır”.F.Sadıqov vurğulayıb ki, bu Paşinyanın belə həyasızcasına addımlar atması onu göstərir ki, o qorxu içindədir və KTMT-yə üzv olan heç bir dövlət onu dəstəkləmir: “Nə Ermənistanın yaxın müttəfiqi Rusiya, nə Qazaxıstan, nə də Belarusiya. Qazaxıstan və Belarusiya Azərbaycanın yaxın strateji partnyorudur. Onlar heç vaxt belə uydurmalara müsbət cavab verməzlər. Çünki bu ölkələr real vəziyyəti çox yaxşı dərk edirlər. Bu, Paşinyanın növbəti biyabrçılığıdır və bu biyabrçılıq onun reytinqini daha da aşağı salan bir hərəkət kimi dəyərləndirilə bilər”

sia.az

Digər xəbərlər