PDF Oxu

Siyasət

  • 3 728

Suraxanıda şəhid ailəsi ziyarət olunub

Suraxanıda şəhid ailəsi ziyarət olunub

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi leytenant Səfərov Şahmar Nazim oğlunun ailəsini ziyarət edib, ailəyə sovqat aparıb və qayğıları ilə maraqlanıblar.Ziyarət zamanı təşkilatın aparat rəhbəri Salman Əbdülov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edərək, qəhrəman şəhidlərimizin bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb. Hər bir Azərbaycan vətəndaşının şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu və bu müqəddəs işdə Cənab Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirib. Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə YAP Suraxanı rayon təşkilatına öz minnətdarlığını bildirib.

sia.az

Digər xəbərlər