PDF Oxu

Siyasət

  • 3 355

Azərbaycan və Belarus prezidentlərinin müzakirələri - RUSİYA MƏTBUATINDA

Azərbaycan və Belarus prezidentlərinin müzakirələri - RUSİYA MƏTBUATINDA

Belarusiya və Azərbaycan Prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev ölkələrindəki vəziyyəti telefonla müzakirə ediblər, aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Belarusiya və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında 22 may səhəri telefon danışığı olub. Dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə ediblər, aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar", deyə RİA Novosti Belorusiya dövlət başçısının rəsmi saytının məlumatından sitat gətirib.

Rusiyaya məxsus mətbuat səhifəsində, Lukaşenkonun Belarusa karbohidrogen dəstəyi və tədarükünə görə həmkarına təşəkkür etdiyi qeyd olunur. Bundan əlavə, bildirilir ki, hər iki dövlətin başçıları ticarət dövriyyəsinin artdığını və ikitərəfli münasibətlərin inkişafında böyük potensialın olduğunu məmnunluqla qeyd ediblər.

"Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat verib, bir müddət əvvəl ortaya çıxan məlum hadisə ilə bağlı Azərbaycanın mövqeyini ortaya qoyub, Aleksandr Lukaşenko isə öz növbəsində, Belarusiya vəziyyətin yaxın günlərdə həll olunacağına ümid etdiyini bildirib", deyə diqqətə çatdırılır.

Rusiyaya məxsus mətbuat səhifəsində qeyd olunur ki, Belarus-Azərbaycan ikitərəfli gündəminə gəldikdə, dövlət başçıları Lukaşenkonun bu yaxınlarda Azərbaycana səfəri zamanı əldə olunan əməkdaşlıq sahələrini və razılaşmaların həyata keçirilməsini ətraflı müzakirə ediblər.

Həmçinin vurğulanır ki, yaxın vaxtlarda Azərbaycan şəhərsalma mütəxəssislərindən ibarət bir nümayəndə heyəti Belarusa gedəcək, "Belarusiyalı həmkarları ilə birlikdə, Dağlıq Qarabağdakı azad edilmiş ərazilərdə inşaat işlərinə başlamaq üçün bir plan" hazırlanacaq. Azərbaycandan bir kənd təsərrüfatı nümayəndə heyətinin də olacağı gözlənilir və bu, Belarus təcrübəsinə ciddi maraqla əlaqədar olduğu ilə əsaslandırılır.

"Ümumiyyətlə, qarşıdakı görüşlər çərçivəsində Belarus inşaatçılarının və digər mütəxəssislərin Azərbaycandakı işləri üçün konkret planlar hazırlanacaq", deyə bildirilir.

İnam Hacıyev

Digər xəbərlər