Avropa Parlamentində "Ermənistan və Azərbaycan arasında sonuncu münaqişədən sonra hərbi əsirlər” adlı qətnamə qəbul edilməsi, Avropa Parlementi tərəfindən Azərbaycana qarşı olan ilk qərəz deyil. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Millət vəkili vurğulayıb ki, bu, növbəti bir qərəzdir və bu illər ərzində Avropa Parlamentinin çirkab qoxusu verən növbəti bir qərəzidir.“Bu qətmanə əsassız, heç bir hüquqi əsası olmayan bir qərəzidir və biz buradan belə bir nəticə çıxara bilərik ki, o Avropa Parlamenti bütövlükdə ədalətli mövqe sərgiləyən deputatlar da var, amma ümumi götürəndə görürük ki, Avropa Parlamenti erməni lobbisinin, dünya erməniliyinin, erməni pulunun əsirinə çevrilib. Yəni, bir növ möhtəkirliklə məşğuldur. Bu, açıq-aydın özünü göstərir. Sadəcə olaraq, burada çox dərin biliyə də ehtiyac yoxdur və Avropa Parlamentində oturanlar elə bil, orta məktəb səviyyəsində olan hüquq dərsliyinə baxsalar, onlara aydın olar ki, hərbi əsir kimdir, terrorçu, quldur, cinayətkar kimdir. Yəni, bunlar bunu bilirlər. Sadəcə olaraq bilərəkdən, həmişə olduğu kimi yenə Azərbaycan qarşı belə bir çirkab qoxusu verən şər-böhtan kampaniyasına başlayıblar. Azərbaycana bu günə kimi qəbul etdikləri şər-böhtan, qərəz xarakterli qətmanələrlə heç bir şey edə bilməyiblər, bu da sədrimizin ayın 21-dəki iclasımızda qeyd etdiyi kimi, növbəti kağız parçası kimi bir şeydir. Yəni, Azərbaycana onun heç bir təsiri yoxdur. Bunun müqabilində, mən hesab edirəm ki, biz də Parlament olaraq Avropa Parlamentinə, Avropa dövlətlərində baş verən o qanunsuzluqlara, haqsızlıqlara qarşı ardıcıl bəyənatlar qəbul edib Avropa Parlamentinə göndərək.Burada bir məsələyə də diqqət yetirməliyik. Avropa Parlamentinin bu mövqeyi, qərəzli qətnaməsi, Fransanın oyunbazlığı, müəyyən dövlətlərin Azərbaycana qarşı belə əsassız, qərəzli təzyiq göstərmək cəhdləri və bütün bunlar hamısı Ermənistanın, erməni dövlətinin zərərinə işləyən hallardır. Bunlar elə bilirlər ki, bu işlərlə bunlar ermənilərə, Ermənistana nə isə kömək edirlər. Əksinə, bunlar Ermənistanı daha ağır fəlakətlərə, daha faciəli vəziyyətlərə sürükləyirlər. Azərbaycan olaraq bizə isə bunlar, iç üzlərini açıb göstərməklə, bir növ bizə xəbərdarlıq edirlər ki, daha güclü, daha möhkəm olun ki, bizim kimi qərəzli düşmənlərin qarşısında tab gətirib dayana biləsiniz”, deyə deputat Elman Məmmədov bildirib.
sia.az