“Avropa Parlamentinin Azərbaycanda saxlanılan erməni diversantlarının azadlığa buraxılmasını tələb etməsi barədə qətnamə tələb etməsi bu qrumun qeyri-obyektivliyini ortaya qoyur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Ekspert bildirib ki, ilk növbədə bu qrum birinci Qarabağ müharibəsində əsir götürülmüş və itkin götürülmüş azərbaycanlılar barədə indiyə qədər xəbər yoxdur və bu haqda qəbul olunmuş qərarı da yoxdur: “Qeyd edim ki, belə bir qətnamə erməni lobbisinin təsiri ilə qəbul edilib və Azərbaycan üçün keçərli olmamalıdır. Çünki onlar cinayətkarlardır və məlum atəşksədən sonra Azərbaycana qarşı terrorçu fəaliyyətə keçiblər”.M.Əsədullazadə qeyd edib ki, Azərbaycan erməni diversantların işini məhkəməyə göndərib: “Bu, Azərbaycanın daxili işidir. Avropa parlamentinin bu məsələyə siyasi don geyindirməsi iki ölkə arasında münaqişəni körükləyir və ikili standartalardan yanaşır. Ona görə də belə bir qətnamənin qəbulu Azərbyacanı hər hansı bir məsələyə yönləndirə bilməz. Azərbaycan tərəfi bu məsələni öz şərtlərinə uyğun həyata keçməsinə çalışacaq. Burada hərhansı bir təşkilatın ermənilərin maraqlarına uyğun olaraq hərəkət etməsi Azərbaycan tərəfindən qəbuledilməzdir”.
sia.az