"Əvvəla onu qeyd edim ki, əgər bu üçüncü sənədin ortaya çıxması ideyası varsa, deməli, hardasa məsələ ilə bağlı pərdəarxası danışıqların olması ehtimalı da yuxarıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloqun sözlərinə görə, digər məsələ isə, bu sənədin imzalanmasının nə zaman gerçəkləşməsi ola bilər ki, bunu da mən hesab edirəm ki, Ermənistanda iyun ayının 20-də parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur və bu sənədin imzalanması məhz ondan sonra baş verə bilər.
Təbii ki, tərəflər arasında hər hansı bir sənədin imzalanması o qədər asan məsələ deyil. Yəni, bunun üçün təbii ki, ən yuxarı səviyyəli iştirakçıların olması lazımdır. Hesab edirəm ki, burada hətta dövlət başçıları, hökumət başçıları səviyyəsində bir iştirak nəzərdə tutula bilər.
Sənəddə, təbii ki, əsas qeyd olunası bəzi məsələlər düşünürəm ki, birincisi əlbəttə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi çox önəmlidir. Çünki, təkcə Qarabağ məsələsində deyil, eyni zamanda Azərbaycan və Ermənistan arasında ümumi sərhəddin uzunluğu, 1000 kilometrdən artıq, təxmini 1007 kilometr nəzərdə tutulur və təbii ki, BMT tərəfindən tanınsa da, təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistanın SSRİ-nin süqutundan sonrakı dövrdə sərhədlərinin müəyyən edilməsi məsələsində sözsüz ki, bu sərhədlər tam şəkildə müəyyən edilib yekun nəticəyə hələki gəlinməyib. Bəzi ərazi mübahisələri hələ də qalmaqdadır və hesab edirəm ki, bu sənəddə məhz sərhədlərin müəyyən edilməsi əsas yer alan məsələlərdən ola bilər. Eyni zamanda Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə edilməsi, bu sülhün daimi və qalıcı olması, Ermənistanın Azərbaycan ərazilərini, yəni Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi məsələlər qeyd oluna bilər. Burada bu çox önəmlidir. Təbii ki, bunun qarşılıqlı şəkildə, hərhansı qarşılıqlı addımların atılması ilə mümkün olacağını düşünürəm.
Görünür ki, yekun sülhün əldə olunması üçün bəzi kriteriyalar var ki, hələ tam yetişməyib, onlar müzakirə oluna bilər. Təbii ki, yekun sənədin, sülh sənədinin imzalanmasından öncə bu üçüncü sənədin imzalanması zamanı bundan öncəki 10 noyabr və 11 yanvar olmaqla iki sənəd ki, var, həmin anlaşmaların bəzi şərtlərinə sözsüz ki, Ermənistan hələ də əməl etməyib və hesab edirəm ki, bax bu anlaşmalara əməl olunması üçün addımlar atılmalıdır və addımlar atılıb qurtarandan sonra yekun olaraq üçüncü sənəd də imzalana bilər, ondan sonrakı mərhələdə nəhayətdə tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması prosesi baş verə bilər. Yəni, bu ətrafda, bu civarda baş verə biləcək proseslərdir və düşünürəm ki, bəzi məsələlər var ki, hələ də bizim üçün qaranlıqdır. Çünki, bu tərəflər arasında aparılan gizli danışıqların nəticəsində ortaya qoyulacaqdır.
Düşünürəm ki, bunu gözləmək lazımdır. Yəni, regionda əsas da Zəngəzur dəhizinin açılması məsələsi var ortada. Yəni, bu dəhliz açılarsa, hesab edirəm ki, ikitərəfli münasibətlərin, iqtisadi əlaqələrin qurulması ehtimalı, perspektivi daha çoxdur üçüncü sənəd də məhz bu ətrafda, bu civarda baş verən prosesləri əhatə edəcəkdir. Ən yaxşı olar ki, bunu biz atılan addımlardan, verilən bəyənatlardan izləyək. Təbii ki, ola bilsin bəzi bəyənatlar cəmiyyət üçün bir, arxa danışıqlarda, fonda isə başqa bir anlam kəsb edə bilər. Amma nəhayətində atılan addımların görülən işlərin nəticəsinə fikir verməliyik və ondan sonra hesab edirəm ki, biz yekun olan hərhansı bir sənədin imzalanmasının şahidi ola bilərik”, deyə Samir Hümbətov bildirib.
İnam Hacıyev