PDF Oxu

Siyasət

  • 3 606

“Ermənistan məhv olmağa doğru gedir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan məhv olmağa doğru gedir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanda diktatura rejiminin demokratikliyə dair imitasiya imkanları artıq tükənib. Azərbaycanın uğurlu hərbi və diplomatik qələbəsi ilə bitən vətən müharibəsi Paşinyan rejiminin sonunu daha da yaxınlaşdırmaqdadır. Bu acı son yaxınlaşdıqca Ermənistan rəhbərliyinin də iç üzü özünü getdikcə daha aydın şəkildə göstərməyə başlayır”. Bunu millət vəkili Eldəniz Səlimov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, özlərinə aid olmayan torpaqlarda hökmranlıq etməyə çalışan və hətta bunu da bacarmayan Ermənistan sözün əls mənasında məhv olmağa doğru gedir: “Onların iqtisadiyyatı çökmüş durumdadır, vətəndaşları ölkəni tərk edir, dövlət daxilində iğtişaşlar baş verir. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə çıxışı zamanı da bildirdi ki, Ermənistandakı bu günkü vəziyyətə baxsaq, bunun Ermənistanın müstəqil dövlətə çevrildiyi dövrdən daha pis olduğunu görə bilərik. Ermənistanın ordusu qalmayıb, o, tamamilə məhv edilib. Ermənistanda davamlı siyası böhran hökm sürür, cəmiyyətdəki yüksək inamsızlıq səviyyəsi, qarşılıqlı ittihamlar, bəzi erməni siyasətçilərinin ritorikası qəbul edilən bütün çərçivələri aşır. Ermənistan bu gün etdiyi yanlış hərəkətlərinin cəzasını çəkir. Və bundan sonra da atacağı hər yanlış addımda cavabını misli ilə alacaqdır. Onların bundan sonra taleyi necə olacağı böyük bir sual altındadır. Bizim zəfərimizin və dəmir yumruğun gücü ilə onların bundan sonra əsrlərlə heç bir perspektivi olmayacaqdır”.

Digər xəbərlər