PDF Oxu

Siyasət

  • 3 309

Bahid fəaliyyət planı əsasında iş görmək zərurəti yaranır POLİTOLOQ ŞƏRH ETDİ

Bahid fəaliyyət planı əsasında iş görmək zərurəti yaranır POLİTOLOQ ŞƏRH ETDİ

Xüsusi nümayəndələr institutu ümumiyyətlə, Azərbaycan üçün yeni olan məsələdir və bu zərurət yeni reallıqlardan qaynaqlanır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.Politoloqun sözlərinə görə, Azərbaycan ərazilərini azad etdikdən sonra o ərazilərdə dağıntıların miqyası bunu zəruri edir.

“Eyni zamanda yenidənqurma işlərindən də söhbət gedə bilməz. Çünki əsası yoxdur ki, o da yenidən qurulsun. Bu, artıq tamamilə sıfırdan formalaşan infrastruktur olacaqdır. Həm şəhərlər, həm kəndlər, kənd təsərrüfatı, sənaye bura daxildir. Eyni zamanda, cənab Prezident azad olunmuş əraziləri yaşıl iqtisadiyyat nümunəsi kimi təqdim etmək istəyir. Yəni, bütün bu amillər, bütün dövlət strukturlarının səfərbər olub vahid bir fəaliyyət planı əsasında iş görmək zərurəti yaradır. Bunun koordinasiyası da bir qurum, yəni xüsusi nümayəndəliklər vasitəsi ilə həyata keçiriləcəkdir.
Planlı şəkildə ilkin infrastruktur, yaşayış infrastrukturu, sənaye, kənd təsərrüfatı infrastrukturu, su infrastrukturu və bütün digər məsələlər vahid plan, mərhələli şəkildə və xüsusi nümayəndələrin koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçiriləcəkdir. Əlbəttə bunlar hamısı, bu institut müvəqqəti institutdur. Çünki o ərazilərdə Azərbaycan vətəndaşları hələ yoxdur, ona görə ki, yaşamağa şərait yoxdur. Amma bütün lazımi şərait yaradıldıqdan sonra əlbəttə ki, orada da Azərbaycanın adminstrativ bölgüsünə uyğun olaraq, yerli icra hakimiyyətləri, bələdiyyələr və sairə öz fəaliyyətini bərpa edəcəkdir. Lakin buna, əlbəttə ki, hələ vaxt var. İndi hansı kənd və şəhərlər daha tez, hansılar daha gec olacaq bəlli olacaq. Amma nəticədə Azərbaycan vətəndaşı həmin torpaqlara qayıdacaqdır və onun yaşayışı üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılacaqdır”, deyə politoloq Fərhad Məmmədli bildirib.

yap.org.az

Digər xəbərlər