YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini, Vətən müharibəsi qazisi əsgər İlkin Cəbrayılzadənin ailəsini ziyarət etmiş, ailəyə sovqat aparmış və qayğıları ilə maraqlanmırlar. Səmimi keçən görüş zamanı V.Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə etmiş, qəhrəman şəhidlərimizin bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulamışdır. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən rayon təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirmişdir. Bu müqəddəs işdə Cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirmişdir.Sonda qazimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirmiş, onlara göstərilən qayğını hiss etmək onların yaralarının sağalmasına mənəvi dəstək olduğunu demişlər.
sia.az