PDF Oxu

Siyasət

  • 3 511

“Görüş sülhün bərqərar olmasına xidmət edəcək” DEPUTAT MARAQLI MƏQAMLARA TOXUNDU

“Görüş sülhün bərqərar olmasına xidmət edəcək” DEPUTAT MARAQLI MƏQAMLARA TOXUNDU

"Cenevrədə Amerika prezidenti və Rusiya prezidentinin görüşü nəzərdə tutulur və bu görüş, əslində, ən əsası Rusiyanın Ukrayna ilə münasibətlərinə həsr olunmalıdır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Millət vəkili qeyd edib ki, çox ciddi təhlükə var və bu istiqamətdə hansısa qarşıdurmalar arta bilər.“Qarşıdurmaların artmaq ehtimalı, eyni zamanda, Şimal Axını ilə bağlı olan Amerika Birləşmiş Ştatlarının sanksiyalarının olması nəticəsindədir. Rusiyanın artıq Ukraynadan qaz nəqlinə ehtiyac olmayacaq. İstisna deyil ki, bu da bir səbəb ola bilər.Eyni zamanda nəzərdə tutmalıyıq ki, Belorusiyanın ərazisində yaxın müddətdə Rusiyanın hərbi təlimləri nəzərdə tutulurdu. Yəni, gərginlik bu bölgədə artır və ona görə Baydenlə Putinin görüşünün əsas mövzusu məhz Ukrayna ilə bağlı olacaq. Həmçinin, ABŞ çox narahatdır ki, Çinə dəstək verilir və Amerika bu istiqamətdə ehtimal olunan Rusiya-Çin müttəfiqliyindən narahatdır. Orta Şərqdə də artıq vəziyyət sakitləşir.O ki qaldı bizim bölgə ilə bağlı məsələyə, əslində, münaqişə bitdiyinə görə, gələcəkdə tərəflər ancaq sülh sazişini imzalamaq üçün Ermənistana müvafiq təzyiqlər göstərməlidirlər. Bizim bölgədə olan reallıqlarla hamı hesablaşmalıdır. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında ən əsas gərgin nöqtələr məhz Ukrayna və Orta Şərqdir. İstisna deyil ki, Rusiya ilə ABŞ Əfqanıstandakı vəziyyəti də müzakirə etsin. Çünki ABŞ öz silahlı qüvvələrini sentyabr ayına qədər çıxarmalıdır və bu bölgənin Rusiyaya yaxın olan qüvvələrlə sakitliyi, hansısa yeni münaqişələrin qarşısının alınması üçün ABŞ lideri bu məsələləri Rusiya prezidenti ilə müzakirə edə bilər. Bu əsas mövzulardır və ümidvaram ki, bu görüş qarşıdurmaların artmasına yox, stabilliyin daha da möhkəmlənməsinə, sülhün bərqərar olmasına xidmət edəcək”, deyə Asim Mollazadə bildirib.

sia.az

Digər xəbərlər