PDF Oxu

Siyasət

  • 3 047

Əli Kərimli anti-Azərbaycan qüvvələrin “əyləc mexanizmi”dir

Əli Kərimli anti-Azərbaycan qüvvələrin “əyləc mexanizmi”dir

Və ya milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur

Tuği-lənət olub bu millətin boğazına keçmiş radikal “qanadın” satqınlar “sülaləsi” - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Leyla Yunus, Qənimət Zahid, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi mənəviyyatsız, əxlaqsız erməni yalaqları 28 ildən bəridir ətrafa yalan, böhtan, xəyanət püskürür, xalqı xırda bir cığırdan böyük el yoluna çevrilmiş müstəqillik, firavanlıq və haqq yolundan sapdırmağa çalışırlar. Bu naqislərin dərdi, azarı nədir? Umacaqları nədir? Hakimiyyət?! Bu zavallılar hələ də dərk etməyiblər ki, siyasət meydanında onlara yer qalmayıb, kağız-kuğuzlarını qoltuqlarına vurub bir zamanlar hərəkata başladıqları çayxanalara dönmək vaxtıdır. Dialektikanın qanunudur: hər şey əvvəl-axır başlanğıc nöqtəsinə qayıdır. Ancaq nə yazıq ki, nə həmin çayxanalar qalıb, nə də onları dinləyəcək işsiz-gücsüz adamlar.

2003-cü ildən onların yerini xalq göstərdi – ZİBİLXANALAR!

Bu satqınlar hələ də anlamırlar ki, artıq onların «qatarı» da növbəti mənzilə onlarsız yola düşdü. Bu isə fizikanın qanunudur: nöqtələr arasındakı məsafə artdıqca, biri kiçilib yox olur. Yəni yox olduğunuz halda, nə abırsızlıqdır, sosial şəbəkələrdə edirsiniz? Və «sapı çürük olan baltalar» hələ də güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin, pozulmuş ərazi bütövlüyümüzün bərpası və 44 gündə əldə olunan Qələbə Zəfərinin həmrəylik və birliyini həzm edə bilmirlər. Azərbaycanı xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda Azərbaycanı son 18 il ərzində, məhz ölkə Prezidentinin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində ərazi bütövlüyümüz bərpa olunub, Qarabağ Azərbaycandırımıza sahib olmuşuq, Azərbaycan sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Bütün bu nailiyyətlər Xalqın öz Prezidentinə inamından, ətrafında sıx həmrəylik və birlik yaratmasının reallığıdır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində AXC–Müsavat hakimiyyəti dövrünün hərtərəfli və obyektiv təhlili xüsusi diqqət çəkdi. Azərbaycan Prezidenti o vaxt iqtidarda olan AXC–Müsavat cütlüyünün ancaq öz maraqlarını güddüyünü, təcrübəsiz şəxslərin respublikanı idarə etdiklərini xatırladaraq dedi: “Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC–Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edilirdi... Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox...”.Bütün bu gerçəkliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çəkilmir və erməni yalanının ifşası ilə bağlı dövlətini, millətini sevən hər kəslə əməkdaşlıq etmək üçün əlindən gələni əsirgəmir. Məhz buna görə də, erməni ilə həmrəy olan AXCP-“Milli Şura” olan antimilli şəbəkənin buyruq qulları bu reallıqları görməkdə kor, eşitməkdə kardılar. Bu mənfur, erməni riyakarlarının quyruq bulayanları Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli və bunlar kimi digər üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə “xidmət” etdiklərini əvvəllər də nümayiş etdiriblər və bu gün də eyni iyrənc yoldadırlar. Ancaq bu dəfə işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə Zəfəri qazanmasından öz erməni xislətlərini nümayiş etdirərək əsl riyakarlıqlarını ortaya qoyublar. Nə yazıq ki, belə “sapı özümüzdən olan çürük balta saplarımız” da var ki, bu riyakarlıqları ilə bir daha ermənilər tərəfindən “bəslənildiklərini” açıq-aşkar göstərir.

Bəli, bu gün bütün bu uğurları həzm edə bilməyən radikal müxalifət anlamır ki, bu çirkin əməllərindən əl çəkmədikcə xalqın nifrətinə səbəb olurlar. Çünki xalqı, dövləti, Vətəni satanlar ancaq və ancaq xalqın düşmənidir. Dövlət başçımız da bütün çıxışlarında radikal müxalifətin xəyanətkar, xain olduğunu bildirərək xalqı onların bu xəyanətlərini unutmamağa çağırıb: “Azərbaycan xalqı bunu unutmamalıdır, xalq düşmənlərini unutmamalıdır. Mən onları öz adları ilə çağırıram. Belə də olmalıdır. Çünki xalqa, dövlətə xəyanət edən xaindir. Xaricin maraqlarını burada təmin etmək istəyən, öz xalqına, öz xalqının, dövlətinin maraqlarına zərbə vurmaq istəyən düşməndir. Bunun başqa adı yoxdur. Hamı da bunu bilməlidir”.

Bu gün dövlət başçımızın bu mesajından sonra AXCP-Müsavatın hansı xəyanət axtarışını edir? Və özünü “lider” adlandıran Əli Kərimli ən birinci cinayətkar və xəyanətkar deyilmi? Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: “Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir”. Belə olan halda nə istəyir, Əli Kərimli? Bəlkə Ə.Kərimli elə zənn edir ki, ağ-qara deməklə elədikləri unudulacaq? Əsla!!! Haraya qədər? Artıq sonundur. Və bir daha bunu dönə-dönə yadınızda saxlayın ki, 2003-cü ildən tarixin zibilliklərindəsiniz və o yeri çağırış etdiyiniz, satqınçılıq etdiyiniz o xalq göstərib. Bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və…bu sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi «siyasi mübarizə» adlandıraraq özlərini “əsl müxalifətçi” hesab edirlərsə, o zaman belələrinə susmaq, haraya qədər? Dövlət başçımızın dediyi kimi: “Onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır”. Bəli, bu marginallar bilməlidirlər ki, bu gün Azərbaycanın sükanı etibarlı əldədir. Və Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri isə tarix heç vaxt bağışlamır, bağışlamayacaq da!

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər