PDF Oxu

Siyasət

  • 3 274

Respublika Günü hər bir azərbaycanlı üçün fəxarət və qürur mənbəyidir - MƏQALƏ

Respublika Günü hər bir azərbaycanlı üçün fəxarət və qürur mənbəyidir - MƏQALƏ

28 may 1918-ci il Respublika Gününün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxarət və qürur günüdür. 103 illik fasilədən sonra Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini əldə etdi, taleyini özü həll etmək imkanını qazandı. Dövlət quruculuğuna başlanıldı, müstəqil dövlətin beynəlxalq aləmdə tanınması üçün ciddi fəaliyyət göstərildi. Ordu quruculuğuna başlanıldı ki, bu da erməni millətçilərinin tarixi Azərbaycan torpaqlarına iddialarının qarşısının alınmasına imkan verdi. Vətəndaşların maariflənməsi üçün ciddi addımlar atıldı.

Amma çox təəssüflər olsun ki, həmin dövr Azərbaycan xalqı müstəqilliyə hazır olsa da, hələ zaman və şərait buna hazır deyildi. Yenidən Azərbaycan işğal olunub başqa bir dövlətin tərkibinə qatıldı. 1918-1920 illərin şərəfli tarixi bizə müstəqilliyimiz uğurunda mübarizə aparmaq üçün yeni bir qüvvə verdi. Bu isə 1991-ci ildə müstəqilliyimizin bərpasına gətirib çıxartdı. Ancaq hakimiyyətdə olanların səriştəsizliyi müstəqilliyimizi çox böyük bir təhlükə altına qoydu. 1993-cü il 15 iyunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bizim müstəqillik tarixi yenidən yazılmağa başladı. 28 May - Respublika Günü xalqımızın ən əziz milli bayramıdır. Çünki XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı və inkişaf etməyi bacardı. Biz buna görə ümummilli lider Heydər Əliyevə borcluyuq. Azərbaycan dövlətçiliyinin əsası məhz Ulu Öndər tərəfindən qoyulub. Ulu Öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
103 il - Azərbaycan müstəqilliyinin növbəti ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qeyd edir
Bu gün Azərbaycan müstəqilliyinin 103-cü ildönümünü yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi qeyd edir. 28 May – Respublika Günü münasibətilə dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin təbrik məktubları Prezident İlham Əliyevin siyasi fəaliyyətinə yüksək qiymət verildiyini, Azərbaycanın beynəlxalq münasibətlərdə önəmli rolunu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyini, Azərbaycanı özlərinə dost hesab edərək xoş arzularını çatdırırlar. Bu Azərbaycan Prezidenti İlham Əliyev cənablarının beynəlxalq aləmdə nüfuzunun göstəricisidir ki, dünyanın ən böyük dövlətlərinin başçıları cənab Prezidentə zəng edib məktublar göndərirlər. Eyni zamanda, bu təbriklər həm də müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığın müsbət olduğunun göstəricisidir. Bütün dünya bir daha şahid oldu ki, məhz güclü Lider, Ali Baş Komandan Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasətinin nəticəsində Güclü Ordumuzun igid əsgər və zabitlərinin şücaəti ilə haqq, ədalət, ərazi bütövlüyümüz bərpa olundu, 30 il işğal altında olan torpaqlarımız 44 gün ərzində azad olundu. Azərbaycan müasir tarixə öz adını Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalətin bərpası istiqamətində uğur qazanmış bir dövlət kimi daxil etdi.Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibə dövründə çox dəyərli fikirlər söyləməklə, həm də bütün dünyaya: “Nəyi nə zaman, necə etməyi mən hamıdan yaxşı bilirəm!” mesajdır. Bəli, Cənab Prezident torpaqlarımızın işğaldan azad olunması üçün bu mücadiləni başlatdı və 44 günlük müharibə ərzində torpaqlarımızı azad edərək, bütün dünyaya sübut etdik ki, Azərbaycan güclü xalqdır və güclü ordusu var.Bir sözlə, XX əsrin sonlarında qurulan Azərbaycan Respublikası, bu baxımdan, dediklərimizə əyani sübutdur. Əgər ulu öndərimiz Heydər Əliyev olmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi. Lakin Heydər Əliyev Azərbaycan adlı bir gəminin bacarıqlı kapitanı kimi bütün fırtınalardan məharətlə qoruyaraq, onu iqtisadi və siyasi inkişaf yoluna gətirib çıxartdı. Bu gün ölkədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur.Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımda dediyi kimi: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".
Respublika Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər