PDF Oxu

Siyasət

  • 3 084

"Türkiyə bölgədə aktiv dövlətdir, qlobal hərbi-siyasi gücdür" DEPUTAT ŞƏRH ETDİ

"Türkiyə bölgədə aktiv dövlətdir, qlobal hərbi-siyasi gücdür" DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan qalib dövlət olmasına baxmayaraq, dinc qonşuluq və əməkdaşlıq istiqamətində qarşı tərəfdən daha çox niyyət nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, Ermənistanda revanş əhvalı mövcuddur: "Hay hakimiyyəti məğlub və gücsüz olduqlarını dərk etdiyi, ən azı yaxın onilliklərdə hərbi potensialını bərpa edə bilməyəcəyini dəqiq bildiyi üçün Azərbaycanı təxribatlara çəkmək niyyətindədir. Bu işdə bəzi “demokratik” dairələr də Ermənistana canfəşanlıqla dəstək verərək bölgədə sülh və sabitlik üçün təhlükə əxz etməkdədirlər. Lakin, artıq münaqişə başa çatıb, Azərbaycan bu reallığı dəyişməyə heç vaxt imkan verməyəcək, buna gücümüz də imkanımız da var. Lakin, bu istiqamətdə beynəlxalq səviyyədə iş aparılmasına, həm də strateji tərəfdaşlarımızla birlikdə bu işin aparılmasına ehtiyac var. Bu mənada Mövlud Çavuşoğlunun səfəri yaxşı fürsət olacaq".Deputat həmçinin qeyd edib ki, Türkiyə bölgədə aktiv dövlətdir, qlobal hərbi-siyasi gücdür: "Azərbaycanın yaratdığı yeni reallıqdan sonra Cənubi Qafqazda aparıcı nəhənglərdən biridir. Həmçinin Azərbaycanın ən yaxın strateji tərəfdaşıdır, qardaş dövlətimizdir. O cümlədən, Türkiyə hökumət rəsmilərinin də bildirdiyi kimi yaxın zamanlarda Prezident Rəcəb Tayyib Ərdoğanın bölgəyə səfəri olacaq, bu mənada Türkiyə xarici işlər nazirinin və digər hökumət rəsmilərinin səviyyəsində mütəmadi bölgəyə səfərləri, davamlı müzakirə və məsləhətləşmələrin həyata keçirilməsi gözləniləndir".

sia.az

Digər xəbərlər