PDF Oxu

Siyasət

  • 3 474

DSX AXC-nin 103 illiyi ilə bağlı tədbir keçirib

DSX AXC-nin 103 illiyi ilə bağlı tədbir keçirib

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilir. DSX-nın Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, may ayının 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında təşkil edilmiş tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, iştirakçılar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə çıxış edərək Azərbaycanın dövlətçilik tarixinə şanlı bir səhifə kimi qızıl hərflərlə yazılmış, xalqımızın milli oyanışının məntiqi yekunu olaraq ilk demokratik dövlətin yaranması və İstiqlal Bəyannaməsinin qəbul edilməsi haqqında ətraflı məlumat verib, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün şərq dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət atributlarının qəbul olunması, Azərbaycan dilinin dövlət dili kimi elan edilməsi, milli ordumuzun yaradılması, dövlət sərhədlərinin təhlükəsizliyinintəmin edilməsi istiqamətində görülən işləri iftixar hissi ilə qeyd edib.Tədbirdə Xalq Cümhuriyyətinin varisi-müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə vurğulanıb.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurların Ulu Öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyaların təntənəsi olduğu xüsusi qeyd edilərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı böyük fəxarətlə qeyd olunub.Tədbirin sonunda Heydər Əliyev fondunun dəstəyi ilə hazırlanmış və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına həsr edilmiş “Son iclas” sənədli filmi nümayiş etdirilib.

sia.az

Digər xəbərlər