PDF Oxu

Siyasət

  • 3 806

YAP Xəzər rayon təşkilatı videokonfrans keçirib

YAP Xəzər rayon təşkilatı videokonfrans keçirib

Mayın 27-də Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı 28 May Respublika Günü münasibəti ilə videokonfrans keçirib. SİA-nın verdiyi məlumata görə, videokonfransda YAP Xəzər rayon təşkilatının ilk partiya təşkilat sədrləri və partiyanın fəal gəncləri iştirak ediblər. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən bəhs edib və bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov mövzu haqqında məruzə ilə çıxış edib. O qeyd edib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü qeyd olunacaq. Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni vəgerbi qəbul edildi, ana dilimiz dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusidiqqət yetirilib. Azərbaycanın ilk universiteti təsisolundu, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva qeyd edib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Biz hamımız fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, mənfur düşməni yerində oturdub, Cümhuriyyət qurucularının ruhunu şad edib.

sia.az

Digər xəbərlər