PDF Oxu

Siyasət

  • 3 690

"Aparıcı dövlətlərlə hər cür əməkdaşlıq həyata keçirilib" POLİTOLOQDAN AÇIQLAMA

"Aparıcı dövlətlərlə hər cür əməkdaşlıq həyata keçirilib" POLİTOLOQDAN AÇIQLAMA

"Son 3 gün ərzində Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə çox saylı təbrik teleqramları gəlib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, həmin təbriklər Respublika Günü ilə bağlıdır: "Bunların içərisində ən aparıcı dövlətlər ABŞ başda olmaqla Avropa İttifaqına üzv olan dövlətlərdir. O cümlədən Azərbaycana qardaş olan dövlətlərin, beynəlxalq təşkilatların da təbrikləri var. Ümumilikdə cənab Prezidentə ünvanlanmış təbriklərdə bir neçə istiqaməti qeyd etmək olar. Birinci istiqamət ondan ibarətdir ki, təbriklərin hamısında Azərbaycan Prezidenti cənab İlham Əliyevi peşəkar siyasətçi, iradəli dövlət başçısı kimi qiymətləndirirlər. İkincisi Azərbaycanın iqtisadi inkişaf yolunun düzgün olduğunu qeyd edirlər və bu istiqamətdə işləri davam etdirməyi arzulayırlar. Üçüncü bir istiqamət həm Avropanın enerji təhlükəsizliyində, həm də Xəzər karbo-hidrogen yataqlarının dünya bazarına çıxarılmasında birgə fəaliyyəti davam etdirməyi gündəmə gətirirlər".Politoloq həmçinin qeyd edib ki, bu il ona görə önəmlidir ki, Azərbaycan müstəqillik qazanmasının 30 illiyi tamam olur. "Bu müddət ərzində Azərbaycan dünyanın ən aparıcı dövlətləri ilə belə hər cür iqtisadi, siyasi, hərbi, mədəni əməkdaşlığı həyata keçirib. Təbii ki, bütün bunların hamısında Azərbaycanın 44 günlük müharibədən sonra qazandığı qələbənin də mühüm rolu var".

sia.az

Digər xəbərlər