PDF Oxu

Siyasət

  • 2 956

ATƏT-in baş katibi Donetskə səfər edib

ATƏT-in baş katibi Donetskə səfər edib

ATƏT-in baş katibi Helqa Şmid, cümə günü Kiyevin nəzarətindəki Donetsk bölgəsi ərazisinə gəlib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə regional dövlət administrasiyasının mətbuat xidməti cümə günü məlumat yayıb.

Məlumata görə, ATƏT-in baş katibi Ukraynada səfərdədir və burada yüksək rütbəli Ukrayna rəsmiləri ilə görüşür.
"ATƏT-in baş katibi Helqa Maria Şmid və Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova iki günlük işgüzar səfərlə Donetsk bölgəsinə gəliblər", deyə məlumatda qeyd olunur.

Mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Şmid və Caparova Novotroitskoye nəzarət-buraxılış məntəqəsini, ATƏT-in Donetsk vilayətindəki regional ofisini ziyarət edəcək və Donetsk vilayət dövlət administrasiyasının sədri, regional hərbi-mülki administrasiyanın rəhbəri Pavel Kirilenko ilə görüşəcəklər.

Xatırladaq ki, Donbassda, 27 iyul 2020-ci ildə atəşkəsin təmin edilməsi üçün əlavə tədbirlər qüvvəyə minib. Bu tədbirlər atəşin, yaşayış məntəqələrində və yaxınlığında silahların yerləşdirilməsinin, hücum və kəşfiyyat, eləcə də təxribat hərəkətlərinin tamamilə qadağan olunmasını nəzərdə tutur. Təmas xətti yaxınlığında münaqişə tərəfləri tərəfindən mövqelərin mühəndis təchizatı və pilotsuz təyyarələrdən istifadəsi də qadağandır. Bundan əlavə, tədbirlər atəşkəsin pozulmasına görə intizam məsuliyyətini nəzərdə tutur. Onu qorumaq üçün tədbirləri ehtiva edən atəşkəs əmrləri münaqişə tam həll olunana qədər qüvvədə olmalıdır.

Digər xəbərlər