PDF Oxu

Siyasət

  • 3 159

"Hal-hazırda sırf siyasi hakimiyyət davası gedir" - POLİTOLOQ AÇIQLADI

"Hal-hazırda sırf siyasi hakimiyyət davası gedir" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan iyun ayının 20-nə qədər işğaldan azad olunmuş ərazilərdə təxribatları törətməyə davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, burada əsas faktor Rusiya faktorudur: "Rusiya Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Ona görə, həm Köçəryanın, həm də Sarkisyanın köməkliyi ilə parlament seçkilərində qalib gəlmək istəyirlər. Hal-hazırda Qafqazda sırf siyasi hakimiyyət davası gedir. Rusiya Türkiyənin Qafqazda söz sahibi olmasını istəmir. Ona görə də indiki zamanda çalışacaqlar ki, bu kimi təxribatlara əl atsınlar. Azərbaycan ordusu bu təxribatların öhdəsindən çox yaxşı gəlir. Bununla bərabər Azərbaycan Dövlət Sərhəd Xidməti çox yüksək peşəkarlıqla öz işlərini həyata keçirir. Yəni orada hər hansı bir təxribatın inkişaf edəcəyinə, hər hansı bir imkan yoxdur. Azərbaycan Sərhəd Qoşunları buna imkan verməyəcək".

Politoloq həmçinin qeyd edib ki, bu kimi məsələlərin Azərbaycan mediası açıq şəkildə üzərinə getməlidir: "Bu məsələləri dövlətin üzərinə yıxmamalıyıq. Daha doğrusu bu məsələlərdə Milli Məclisin fəallığı artmalıdır. Dövlət hal-hazırda həm Rusiya ilə, həm də Türkiyə ilə proterieti qorumalıdır. Buna görə atılan addımlar düzgündür. İnanıram ki, Azərbaycan bu sınaqdan uğurla keçəcək".

Arzu Elsevərqızı

Digər xəbərlər