PDF Oxu

Siyasət

  • 3 580

"Burada məsələni gərginləşdirəcək heç bir şey yoxdur" - EKSPERT RƏYİ

"Burada məsələni gərginləşdirəcək heç bir şey yoxdur" - EKSPERT RƏYİ

“Ermənistanın sərhəddə törətdiyi təxribatlar gözlənilən idi. Müharibə hələ yeni bitib və müharibədən sonra birdən-birə sakitlik olmur. Müəyyən gərginlik post-müharibə dövründə bütün hallarda yaşanır, xüsusən də Ermənistan kimi qonşu ilə”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.Ekspertin sözlərinə görə, Ermənistan siyasi gərginlik, cəmiyyətində baş verən sosial, iqtisadi problemlərlə boğuşan bir ölkədir: “Belə olan halda insanların diqqətlərini əsas məsələdən yayındırmaq üçün məhz bu cür azərbayacanafob istiqamətində addımlar atılır. Ermənistanda hazırda ən populyar çağırışlar revanşist fikirlərlə çıxış edənlərin çağırışlarıdır. Əslində, burada məsələni gərginləşdirəcək heç bir şey yoxdur və olmamalıdır. Çünki biz sərhəddimizi qoruruq. Post-sovet dövründə məlum səbəblərdən biz öz sərhədlərimizi qura bilməmişik. İşğal dövründə də sərhəddə yaşayan ermənilər bu ərazilərdən necə var istifadə ediblər. Onlar üçün sərhəd anlayışı yox idi”.Ş.Ramaldanov vurğulayıb ki, biz zəfər qazandıqdan sonra ermənilərin vaxtilə işğal nəticəsində rahatlıqla hərəkət etdikləri ərazilərdə Azərbaycan əsgəri dayanır: “Ermənistandakı hazırki vəziyyəti nəzərə alsaq görərik ki, sərhədyanı ərazilərdə bu məsələlərlə əlaqədar demək olar ki, maarifləndirmə işi yox dərəcəsindədir. Belə olan halda vəziyyəti gərginləşdirmək istəyən qüvvələr bundan istifadə etməklə erməni cəmiyyətini qorxu altında saxlayırlar. Bütün bunlar həm də siyasi məqsədlərlə edilir. Seçicilərin səslərini qazanmaq üçün mümkün bütün addımlar atılır. Qazanılan Zəfərdən sonra biz bu cür təxribatlar olacağını gözləyirdik, ona görə də lazımı bütün tədbirlər görülüb. Onun nəticəsidir ki, bu gün hərhansı istiqamətdə törədilən bütün təxribatların qarşısını çox yüksək peşəkarlıqla alırıq. Bu günə qədər silah tətbiq edilməyib. Bu da onu göstərir ki, bütün təxribat törətmək istəyənlər və onların arxasındakı qüvvələr öz niyyətlərinə çata bilmirlər”.

sia.az

Digər xəbərlər