Yaxud daha çox qrant almaq düşüncəsi ilə yaşayanlar
30 il mənfur düşmənin əsarətində olan Qarabağımızın 44 gün ərzində dövlət başçımızın “dəmir yumruq” siyasəti ilə Müzəffər Ordumuzun xilaskar əsgər və zabitlərimizin gücü ilə azad olunan bu qələbəni həzm edə bilməyən Vətən, dövlət satqını AXCP sədri Əli Kərimli və “Milli Şura”nın “tryapkaları” siyasi partiyaların birgə bəyanatına qoşulmamaqla bir daha xalqımıza qarşı düşmən mövqedə duran qüvvələrin yanında olduqlarını nümayiş etdirdilər. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə son 32 ildə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyalar 43+4, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar siyasi partiyalar 50+1 formatında ölkə Prezidentinin, Ali Baş Komandanın ətrafında siyasi həmrəylik göstərərək birgə dəstək bəyanatı imzaladılar. Meydanda tək qalmış erməni xislətli radikal müxalifət ünsürləri – Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla-Arif Yunuslar, Vidadi İskəndərli, Sevinc Osmanqızı... kimi ermənipərəst qüvvələr, müharibə dövründə Azərbaycana qarşı çirkin fəaliyyət göstərənlər, ermənilərə dəstək verən antimilli şuranın havadarları, fərari, xain və satqınlar bu qələbəyə niyə sevinmir? Çünki xəstə ambisiyaları ilə xalqın etibarını itirmişlərdir və qarayaxmaları, anti-milli fəaliyyətləri ölkəmizin uğurlarına heç bir təsir göstərməyib və bundan sonra da göstərməyəcək.Ancaq dilənçi payı alan, “beşinci kolon” ilə sinxron fəaliyyətdə olan, Soros və Soros kimi ermənipərəst təşkilatlara köləlik edən radikal müxalifət kölə olduqları ağalarına bir daha «sadiqlik» göstərməkdədilər. Sosial şəbəkələrdə ABŞ və Avropada yaşayan həmin qüvvələr aldıqları pulların əvəzini vermək üçün Azərbaycan hakimiyyətinə qarşı davamlı olaraq şər-böhtan dolu açıqlamalar verirlər. Ancaq həmin qüvvələr bu gün Avropada, okeanın o tayında törədilən qanunsuzluqlara, haqsızlıqlara tətbiq edilən məhdudiyyətlərə susqundurlar. Səbəb də tula payı aldıqları qrantlardan gedir. Daha çox qrant almaq düşüncəsi ilə "SOROS"-a satılmış bu qüvvələr ağızlarına gələni, hətta karantin qaydalarının demokratiyaya zidd olduğunu deyərək Azərbaycan iqtidarını heç bir çərçivəyə sığmayan sözlərlə tənqid edirdilər. Dünyanın heyran olduğu Azərbaycanın Vətən müharibəsindəki mübarizəsinə və qazanılmış Zəfərə, hətta xalqın müqəddəs dəyərlərinə və müqəddəs duyğularına, şəhidlərimizin ruhuna toxunan antimilli qüvvələr ermənipərəst açıqlamalar verməkdən hələ də usanmırlar. Və bununla da Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla-Arif Yunuslar, Vidadi İskəndərli, Sevinc Osmanqızı... erməniyə nökərçilik edənləri xalq çox gözəl bilir və Azərbaycan tarixinin Zəfər səhifələrini yazmış xalq bir gün onları mühakimə edəcəyindən qorxsunlar.
Nədir AXCP-nin azarı?...
Azarı həmişə bəlli olsa da, elə içində qalıb Əli Kərimlinin azarı. Bu satqın Əli Kərimli deyir ki, "əgər ölkənin daxilində ciddi dirəniş olmasaydı, bu gün baş verənlər olmayacaqdı. Bunu bilin, biz meydanda olanda dünya bizi eşidəcək!». Nə qədər rəzil düşüncə! Başqa cür də düşünə bilməz də. Çünki xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan bu satqın, antimilli ünsür və onların təlimatçıları hər cür dövlət mənafeyini satıb, Vətəninə xəyanət edib və edir. Çünki Əli Kərimli üçün xarici anti-Azərbaycan dairələrdən aldığı pullar daha vacibdir. Əli Kərimli və onun ətrafında olan anti-Azərbaycan dairələrin əlaltısı qismində çıxış edən, siyasi fəallığı siyasi satqınlıq kimi qavrayan Arif Məmmədov, Ramiz və Leyla Yunuslar, Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli və bu kimilər açıq şəkildə ermənipərəst mərkəzlərin direktivlərinə əsaslandıqlarını ortaya qoyurlar. Bir həqiqəti anlamaq lazımdır ki, milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur. Bu gün işğaldan azad edilmiş ərazilərimizin bərpa-quruculuq işlərindən qaşınmaya düşən bu viruslar hələ də anlamırlar ki, Azərbaycan xalqı üçün radikal müxalifət deyilən bir "varlıq" mövcud olmayıb, olmayacaq da! İndi siz deyin, bu gün Qarabağın işğaldan azad olunmasına sevinməyən, erməni vandalizminə, barbarlığına münasibət bildirməyən AXCP və Müsavat dövlətin və xalqın milli maraqlarını necə qoruya bilər? Bu gün həmrəylik nümayiş etdirməyi bacarmayan AXCP-Müsavat cütlüyü dövlətin və xalqın ağır, çətin günündə nə edər? 1993-cü ildə olduğu kimi qaçacaqlarmı, vəzifələrini donduracaqlarmı, torpaqlarımızı satacaqlarmı?.. Bu satılmışlar hansı üzlə sosial şəbəkələrdən çağırışlar edirlər? Amma hələ də anlamırlar ki, xalqımız yanlış yol tutanların bəd əməllərini bağışlamaz və bağışlamır. Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar! Ancaq bu satqın və şərəfsiz Əli Kərimli kimilər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Və bu gün sorosun tör-töküntüləri, çör-çöpləri isə əli kərimlilər, əli əliyevlər, cəmillər, sevinclər, qənimətlər kimi ünsürlər xalq tərəfində tarixin zibil yeşiyinə atılanların tarix və zaman tələbi ilə xalqımızın və dövlətimizin mənafeyi, müqəddəs amallarımız, müqəddəs qanunlarımız qarşısında cavab vermələri zamanıdır.
sia.az