"Müzakirələr davam edir, əhəmiyyətli irəliləyiş əldə edilib, lakin hələ bir qəti qərar verilməyib, ən çox maraqlanan dövlətlərin, ilk növbədə ABŞ və İran İslam Respublikasının paytaxtlarında siyasi qərarlar tələb edən məsələlər qalıb". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Lavrov mətbuat konfransında deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı iştirakçılarının danışıqlarının Vyanada nə zaman bitəcəyini təxmin etməyi əks təsirli hesab edib.
"Biz, Birgə Hərtərəfli Fəaliyyət Planının digər iştirakçıları kimi, son həllərin tapılması üçün ən əlverişli şərait yaratmağa çalışırıq. Bunun yaxın bir neçə gündə və ya bir neçə həftədə baş verəcəyini təxmin etmək indi mənasızdır. Vyanada ən qısa müddətdə nəticə əldə etmək üçün çalışılır", deyə rusiyalı nazir bildirib.
Xatırladaq ki, aprel ayından bəri, Avstriya paytaxtı nüvə razılaşma komissiyasının iclaslarına və müxtəlif formatlarda qeyri-rəsmi görüşlərə ev sahibliyi edib. May ayının sonunda nüvə anlaşmasını bərpa etmək üçün danışıqların beşinci hissəsi başlayıb. Rusiya danışıqlar heyətinə rəhbərlik edən Mixail Ulyanovun sözlərinə görə, danışıqların beşinci hissəsi son danışıqlar ola bilər.
Diqqətə çatdıraq ki, 2015-ci ildə İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. Razılaşma, Tehranın nüvə silahını almamasının qarant olaraq İranın nüvə proqramını məhdudlaşdırması qarşılığında sanksiyaların ləğv edilməsini nəzərdə tuturdu. 2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp birtərəfli qaydada geri çəkilməyə və Tehrana qarşı sərt sanksiyaları bərpa etməyə qərar verib. Buna cavab olaraq, İran nüvə tədqiqatları və uran zənginləşdirmə səviyyəsindəki məhdudiyyətlərdən imtina edərək razılaşma çərçivəsində öhdəliklərinin mərhələli şəkildə azaldığını elan edib.
İnam Hacıyev