PDF Oxu

Siyasət

  • 4 003

Siyasi gerçəklik və siyasi avantürizm LİKBEZ

Siyasi gerçəklik və siyasi avantürizm LİKBEZ

Bu gün də bizlər bu reallıq ətrafında istənilən anti-Azərbaycan xarakterli cəhdlərə qarşı gücümüzü, birliyimizi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşməyimizlə göstərə bilərik!

Beləliklə, Qərb hələ də şokdan ayıla bilmir. Azərbaycan Prezidenti İlham Əliyev nəinki müharibədən sonra cərəyan edən bir sıra bəlli proseslərlə tam qane olmur, eyni zamanda, təlqinedici vasitə ilə ölkəmizin regiondakı söz sahibi olması siyasətini qətiyyətlə davam etdirir. Yəni, verdiyi sözə və üzərinə götürdüyü xilasedici və qurucu missiyasına uyğun olaraq Azərbaycanın sərhədlərin tam bərpası istiqamətində, Qarabağın qalan hissəsinin də separatçılardan tam azad olunması yönündə, işğaldan azad edilmiş ərazilərin quruculuq bərpası məsələsində, Zəngəzur dəhlizinin açılması və ümumiyyətlə, tam qalibiyyəti təmin edəcək bütün istiqamətlərdə ardıcıl və uğurlu addımlar alır. Özü də bu fəaliyyətlər tam hüquqi və nizamlı şəkildə, heç bir kənar qüvvəyə ehtiyac duyulmadan həyata keçirilir.
Əlbəttə ki, belə müstəqil, inamlı siyasət özlərini söz sahibi bilən və onların kölgəsində özlərini rahat hiss edən ölkələri yuxusuz qoyub. Fakt budur ki, İlham Əliyevin cəsarətli, müdrik və möhkəm iradəyə söykənmiş siyasəti yeni siyasi gerçəkliklər yaradır və ya əksinə desək, yeni siyasi gerçəklik İlham Əliyevin bütövlükdə qlobal siyasətinin əsasını təşkil edir.Siyasi gerçəklik isə budur: Azərbaycan uzun illər apardığı sistemli və hərtərəfli quruculuq fəaliyyətinin nəticəsi olaraq monolit xalq və monolit dövlət yaratdı və bu monolitlik düşmənin üzərinə düşərək onu məhv etdi. Hətta bir çox xarici qüvvələrin bu monolitliyi uzun illərdən bəri içəridən dağıtmaq cəhdləri alınmadı!
Proseslər həm regionda həm də regionun qlobal münasibətlər modeli kimi qəbul ediləndə bütün dünyada yeni gerçəkliklər yaranır
“Qalib Lider - Qalib Xalq” konsepsiyası o dərəcədə mükəmməl hazırlanaraq icra olundu ki, ziddiyyətli cəmiyyətləri təmsil edən kənar, daha dəqiqi isə qərəzli, ikibaşlı siyasət oynayan qüvvələr, ümumiyyətlə, nə baş verdiyini qiymətləndirməyə belə çatdıra bilmədilər. Cəmi 44 gün ərzində ildırım surətli əməliyyatlar bütün dünyanı heyrətdə qoydu, üstəlik ikili stadartlardan çıxış edən bəlli dairələri də nokauta saldı. Yəni, adətən, nokdauna salınanın özünə gəlməsi üçün 10-a qədər sayırlar. Qarabağ əməliyyatı 44 gün davam etdi və həmin 44 günün hər birində düşmənlərimiz ayılacaqlarını düşünürdülər, amma zərbə-zərbə ardınca gəlirdi və tam nokautla yəni kapitulyasiya ilə yekunlaşdı.Proseslər həm regionda, həm də regionun qlobal münasibətlər modeli kimi qəbul ediləndə isə bütün dünyada yeni gerçəkliklər yaranır. Azərbaycan bu gerçəklikləri yaratdı və hazırda özünün siyasətini məhz bu gerçəkliklərin əsasında formalaşdırır və əminliklə yürüdür.Lakin siyasi gerçəklikləri qəbul edə bilməyən qüvvələr özlərinin “janr” qanunlarına uyğun olaraq açıq-aşkar siyasi avantürizmlərə əl atırlar.
QEYD: Siyasi avantürizm – mövcud siyasi vəziyyəti tam dərk etmədən, yaranan vəziyyətə real təsir etmək imkanından məhrum olunaraq, heç bir konkret nəticə əldə olunacağına inanmadan istənilən xarakterli siyasi mübarizəyə atılmaqdır. Məqsəd isə populist hərəkətlərlə siyasi dividentlər əldə edərək onları özlərinin hakimiyyətdə qalmaq məqsədləri üçün istifadə etməkdir. Və biz indi ABŞ, Fransa, Kanada kimi dövlətlərin, eləcə də 30 ildə özlərini kifayət qədər bəlli edən məlum beynəlxalq təşkilatların bəyanatlarında məhz siyasi avantürizm elementlərini gördük, təəssüf ki, bu gün də görməkdəyik.
Guya Ned Prays bilirmi ki, ABŞ minlərlə kilometr uzaqlardan insanları Quantanamoya əsir kimi aparıb, onlara uzun illər dəhşətli əzablar yaşadıb?
Məsələn, götürək son sərhəd olayları zamanı 6 nəfər terror məqsədli erməni təxribat-diversiya qrupunun həbs olunması faktını. Bununla bağlı Azərbaycanı ABŞ-da tənqid edən, əslində, passiv (həm siyasi, həm də fiziki cəhətdən) olan, lakin son vaxtlar Azərbaycanın adı gələndə nədənsə (?) son dərəcə cuşa gəlib-ehtiraslanaraq aktivləşən Ned Prays oldu. (Bu şəxsin adının qarşısında nə cənab, nə də xanım yaza bilmirik, əlbəttə ki, məlum səbəblərə görə...) Bu şəxs nə az nə çox - bəyan etdi ki, “ Biz Azərbaycandan saxlanılanların dərhal azad edilməsini tələb edirik”.
Görəsən, hələ də cinsi orientasiyasını müəyyən etməyi bacarmayan bu gənc siyasətçinin xəbəri var ki, ABŞ ümumiyyətlə, bu ölkədən min kilometrlərlə (!) uzaq olan digər ölkələrin vətəndaşlarını (istər siyasətçi olsun, istərsə də silahlı mübarizə aparan) istənilən vaxt həbs edərək gətirib yerləşdirirdi Quantanamo hərbi bazasına və onlara dünya tarixində, xüsusilə, müasir dünyamızda görünməyən dəhşətli işgəncələr verilirdi? Amma bu şəxs bizə deyir ki, sən ərazi bütövlüyünü pozan terrorçuları dərhal buraxmalısan. Əcəba xeyirdirmi? Və ya bu, nə xəstə təxəyyülün məhsuludur? Beləliklə, bu bəyanat siyasi avantürizmin bariz nümunəsidir. Bu barizlik isə belədir: yerdə real vəziyyəti bilmədən, sərhədlərin hardan keçdiyi haqqında anlayışı olmadan, əslində nə baş verdiyini tam dərk etmədən sırf erməni lobbisi qarşısında siyasi divident qazanmaq üçün verilən bəyanat. Yəqin, bu gənc belə bəyanatları ilə özünün hələ yeniyetmə olarkən ən böyük arzusu olan Mərkəzi Kəşfiyyat Agentliyinin əməkdaşı kimi hiss etmək istəyir (görünür, fiziki və cinsi orientasiyasında çatışmayan məlum səbəblərə görə onu MKA-ya işə götürməyiblər).
Görəsən, Makron Azərbaycanla Ermənistan arasında sərhədlərin hardan keçdiyi hardan bilir ki, kimin-kimin ərazisində olduğunu qiymətləndirsin?!
Gələk Fransaya və yaxud Fransanın canfəşanlığına. Hamı bilir ki, Fransada keçiriləcək növbəti prezident seçkilərinə az vaxt qalır və pullu erməni lobbisinin rəğbətini qazanan siyasətçini qalib gəlmək şansları daha çox olacaq. Odur ki, Emmanuel Makron əl qatıb özünə, axı onun dəbdəbəli həyat sürməsi üçün çoxlu vəsait tələb olunur. Və şübhəsiz ki, bu da siyasi avantürizmin klassik, ya da belə desək, fransızsayağı nümunəsidir. Özü də bunu o ölkə edir ki, artıq rəsmi olaraq Ruanda genosidinə görə məsuliyyətdən yayına bilmədi. Biz Əlcəzairi və s. qırğınları hələ bu hesaba salmırıq!İyunun 1-də isə “bacısı” Nikol Paşinyanı qəbul edərək və sərsəmləyərək bəyan etdi ki, “Azərbaycan ordusu Ermənistanın suveren torpaqlarını tərk etməlidir” (?!). Görəsən bu iki ölkə arasında sərhədlərin hardan keçdiyi hardan bilir ki, kimin-kimin ərazisində olduğunu qiymətləndirsin?!Burada kiçik bir qeydi də etmək yerinə düşərdi. 30 il boyunca Ermənistanın nazı ilə oynayan, onu istər siyasi, istərsə də digər cəhətlərdən ölməyə qoymayan, sözün əsl mənasında ayaq üstündə saxlayan Rusiyanı hiddətləndirən bəyanatı da xatırlamaq olar. Paşinyan rəsmi müttəfiqi olan Rusiyanı deyil, Fransanı Ermənistanın 1 nömrəli müttəfiqi adlandırdı. Bu bəyanatın sonrakı proseslərə necə təsir edəcəyini isə çox qısa zamanda görəcəyik, buna əmin olun.
Rəsmi Ottava 1970-ci ildə baş vermiş Kvebek hadisələrinin yadından çıxardığını sanır
İndi isə növbə Kanadanındır. Ümumiyytlə, rəsmi Ottavanın bəyanatı həqiqətən də çox gülməlidir. Kanada rəsmiləri çox güman ki, dünya ictimaiyyətinin 1970-ci ildə baş vermiş Kvebek hadisələrinin yadından çıxardığını sanır. Onda bir gün ərzində fransız separatçıları ilə mübarizə məqsədi ilə bu vilayətə ordu yeridildi və bütün separatçılar həbs edildi. Özü də ən maraqlısı odur ki, Kvebekə ordunu yeridən məhz Kanadanın indiki baş naziri Castin Trüdonun atası Pyer Trüdo olmuşdu! Yaxşı, belə çıxır ki, sənin atan separatçıları, terrorçuları məhv edə bilər, Azərbaycan isə yox? Fransız separatçıları, terrorçuları pisdir, amma erməni separatçılarının buynuzları var və bu buynuzlar onların hətta ədalətsiz davranışlarını ört-basdır edir?
Sorosa bağlı beynəlxalq təşkilatlar da bu sıradadır
Beynəlxalq qurumların ədalətsiz mövqeləri haqqında isə, ümumiyyətlə, danışmağa ehtiyac yoxdur, belə ki, bu təşkilatlar daim onların əsas donoru olan ölkələrin mövqelərini əks etdirir. Və nəzərə alsaq ki, bütün beynəlxalq təşkilatların əsas donoru ABŞ-dır onda hər şey öz yerini tapır.O ki qaldı beynəlxalq insan haqları təsisatlarına, məsələn, “Amnesty International”, “Human Rights Watch”, “Transparensi İnternational”a, bircə onu qeyd etmək kifayətdir ki, bunların əsas donoru Corc Sorosdur. Nə az nə çox...Lakin bir məsələni də unutmaq olmaz ki, siyasi avantürizm özü-özlüyündə təhlükəli deyil. Təhlükəli olan onun sonrakı transformasiyasıdır. Yəni davamlı avantürizm həmçinin yayındırıcı manevr də ola bilər. Mütəmadi olaraq Azərbaycanın diqqətini siyasi avantüralara cavab verməyə yönəltməklə, ölkəmizə qarşı daha ciddi tədbirlər – məsələn siyasi sabotajlar və s. hazırlamaq məqsədləri də ola bilər.
Səfirliklərdə oturaraq pozucu fəaliyyətlərə cəlb olunan diplomatlar dərhal ölkə ərazisindən çıxarılmalıdır!
Bu tədbirlər həm xarici təsir mexanizmlərini özündə əks etdirə bilər, həm də ölkədaxili məlum satqın, xain dairələri proseslərə cəlb edə bilər və ölkədaxili təxribatçı proseslərin təşkilində Azərbaycana qarşı soyuq müharibə elan edən ABŞ, Fransa, Kanada və digər təəssübkeş erməni yanlısı dövlətlərin səfirlikləri son dərəcə fəal iştirak edəcəklər. Bu səfirlikərin fəaliyyətləri tam nəzarətdə saxlanılmalıdır. Səfirliklərin fəaliyyətlərini tənzimləyən konvensiyalarda kənara çıxan istənilən fəaliyyətin qarşısı dərhal alınmalı, diplomatik nümayəndəliyə xəbərdarlıq olunmalı, dağıdıcı, pozucu fəaliyyətlərə cəlb olunan diplomatlar dərhal ölkə ərazisindən çıxarılmalıdır. Qeyd olunan ölkələrin “qeyri-hökumət təşkilatları” adı altında fəaliyyət göstərən bütün qurumları ümumiyyətlə birmənalı şəkildə qapanmalı və ölkədən qovulmalıdır, belə ki, həmin təşkilatların hazırda ölkəmizdəki yeganə məqsədləri məlumat toplamaq, təhlil etmək, dağıdıcı istiqamətlər üzrə tövsiyələr verməkdir.
Nəticədə..!
Sonda isə belə nəticə hasil edə bilərik - düşməni qiymətləndirməmək olmaz. Düşmən xain və alçaqdır. Vaxtında tədbirlərin görülməməsi sonralar müəyyən çətinliklər yarada bilər və bütün bunların qarşısı bilavasitə mövcud olan sarsılmaz Xalq-İqtidar vahid birliyi ilə alınır. Məhz bu birliyin sayəsində Azərbaycan çoxsaylı təzyiqləri, qərəzli hesabatları, qətnamələri və qərarları məhv etməyə müyəssər oldu. Bu gün də bizlər bu reallıq ətrafında istənilən anti-Azərbaycan xarakterli cəhdlərə qarşı gücümüzü, birliyimizi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşməyimizlə göstərə bilərik.

sia.az

Digər xəbərlər