"2021-ci ilin may ayının 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qanunverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının pandemiyaya son qoyaraq, növbəti pandemiya təhlükəsinin qarşısının alınması, birlikdə daha sağlam təhlükəsiz və ədalətli dünyanın qurulması mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirildi. Mərasimdə cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan pandemiyanın ilk vaxtlarından virusun ölkə əhalisinə mənfi təsirini minimuma emdirilməsi üçün çox böyük işlər görülüb". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, respublikamızda qısa müddət ərzində demək olar ki, 13 modul tipli və bir daimi xəstəxana tikilib: “Ölkəmizdə koronavirus xəstələrinin müalicəsi üçün xəstəxana çarpayılarının sayı 10 mindən artıq olmuşdur. Əhalinin sayına görə bu çox yüksək göstəricidir. Bununla yanaşı Azərbaycan rəhbərliyi koronavirusun törətdiyi fəsadları aradan qaldırmaq üçün ölkə vətəndaşlarının və sahibkarlıq subyektlərinin dəstəkləmək məqsədilə 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim etdi. Bu bir daha sübut edir ki, cənab Prezident tərəfindən hər zaman Azərbaycan vətəndaşının sağlam və firəvan həyat yaşaması üçün hər cür tədbir görülür. Beynəlxalq səviyyədə də Azərbaycan pandemiyada mübarizədə bir çox əhəmiyyətli addımlar atdı. Azərbaycan ÜST-ə 10 milyard ABŞ dolları həcmində könüllü ianə etdi. 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdi".Deputat həmçinin qeyd edib ki, Azərbaycan pandemiyaya qalib gəlmək üçün həmişə bütün ölkələrin həmrəylik nümayiş etdirməli olduqlarının tərəfdarı olub: "Eləcə də sessiyada da cənab Prezident bu gün dünya əhalisini narahat edən ən qlobal problemlərdən biri olan vaksinlərin ədalətli bölüşdürülməməsi məsələsini də gündəmə gətirdi. Bu günə qədər dünyada istehsal olunan peyvənd dozalarının 82%-i zəngin ölkələr tərəfindən alınıb. Yoxsul və azgəlirli ölkələr isə vaksinlərdən kənarda qaldı. Ona görə də bu xəstəlikdən əziyyət çəkdilər. Bu problemin həlli məqsədilə cənab Prezident dəfələrlə beynəlxalq səviyyəli görüşlərdə məsələ qaldırıb və təkliflərlə çıxış edib. Buna misal olaraq Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin insan hüquqları şurasında bütün ölkələrin peyvəndlərə bərabər çıxış etməsi ilə bağlı qətmamə irəli sürdü və həmin qətnamə bu ilin mart ayında yekdilliklə qəbul olundu. Bu sessiyadakı çıxışı bir daha sübut etdi ki, Azərbaycan hər zaman ədalətin, bərabərliyin, insanpərvərliyin tərəfdarı olub".
sia.az