YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakinləri olmuş – "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi çavuş (MAHHXHQ) Süleymanov Rauf Allahverdi oğlunun və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi kapitan İsmayılov Elçin Mübariz oğlunun ailələrini şəhidlərimizin doğum günləri ilə əlaqədar ziyarət etmiş, onların qayğıları ilə maraqlanmışlar.Hər iki ailədə görüş zamanı rayon təşkilat sədri V.Seyidov vurğulamışdır ki, şəhidlərimiz Vətən müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban vermiş qəhrəmanlardır. O bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.V.Seyidov şəhidlərimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım lövhəsi"ni və üzərində Vətən müharibəsinin simvoluna çevrilmiş "Xarı bülbül" təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı şəhid ailələrinə təqdim etmişdir. Göstərilən diqqət və qayğıya görə hər iki şəhidin ailə üzvləri YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildirmişlər.
sia.az