PDF Oxu

Siyasət

  • 6 351

"Pandemiyanın sosial psixoloji təsirləri" - MƏQALƏ

"Pandemiyanın sosial psixoloji təsirləri" - MƏQALƏ

COVİD-19 pandemiyası yayıldığı vaxtdan psixiatrlar və psixoloqlar təcili tədqiqatlar aparmağa başladılar. Keçirilmiş sorğular göstərir ki, qorxu hissi və təcrid rejimi insanlara təsir göstərməyə başladı. Pandemiya zamanı heç bir tədbir görülmədiyi təqdirdə həyəcan və depressiya kimi halların, eləcə də spirtli içkilər, narkotik və qumar oyunlarına müraciət edənlərin və evsiz qalanların sayının və bu kimi digər fəsadların sayının çoxalması riski arta bilərdi. Artan sosial izolyasiya, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, stress və iqtisadi tənəzzül, zehni sağlamlığa və insanların rifahına zərər vura biləcək güclü bir təsir mənbəyidir. Pandemiyanın doğura biləcəyi psixoloji pozuntular özünü qısa müddətdə də müəyyən qədər göstərməsinə baxmayaraq, əksər problemlər uzunmüddətli nəticələrdir. Hazırda içində olduğumuz şərtləri – yoluxma və ölüm xəbərləri, doğmalardan uzaq qalma və s. - nəzərə alanda insanların psixoloji təsir altına düşəcəyi ehtimalını irəli sürmək üçün əldə yetərli qədər səbəb var. Müxtəlif ölkələrdə tibb mütəxəssisləri pandemiyanın yeni psixi sağlamlıq problemlərinə - depressiya, travmasonrası stress və hətta intihara səbəb ola biləcəyindən xəbər verir.Pandemiyanın təsirlərinin aradan qaldırılmasının əsas yolları – tibbi gigiyenik qaydalar, sosial izolyasiya, sosial məsafə qaydalarıdır və artıq pandemiya Azərbaycanda yayıldığı gündən dövlət tərəfindən sadalanan qaydaların həyata keçirilməsi istiqamətində tədbirlər görülməyə başlanıldı. İstər fiziki, istərsə də psixoloji sağlamlığın təməli düzgün maariflənmədən başlayır. Pandemiyanın yayıldığı ilk vaxtlardan əhalinin sağlamlığı və sosial müdafiəsi naminə mətbuatda, iş müəssisələrində maarifləndirmə işləri aparılır. Eyni zamanda əhalinin sosial – psixoloji müdafiəsi üçün gücləndirilmiş rejimdə psixoloji, sosial tədbirlər görülməyə başlandı.Eyni zamanda bir çox ölkələrə də yardım əlini uzatmağı bacardı. Azərbaycan pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Hər zaman peyvəndin bütün ölkələr arasında ədalətli şəkildə paylanmasının tərəfdarı olmuşdur və vətəndaşların peyvəndlə tam təmin olunması üçün bütün resursları səfərbər etmişdir.Pandemiyanın yaratdığı sosial psixoloji problemləri psixoprofilaktik tədbirlərlə aradan qaldıra bilərik. Sosial izolyasiya yalnız fiziki aktivliyimizin enməsi deyil, həm də psixi sağlamlığımıza da öz təsirini göstərir. Karantin bitdikdən sonra isə aşağıdakı halların yaşanması gözləniləndir:

• qarışıq emosiyalar və rahatlıq hissi
• sizin və sevdiyiniz insanların sağlamlıqları haqqında qorxu və təşviş hissi
• başqalarının sizinlə bir başa əlaqədə olmaqdan qaçmasına görə yarana biləcək kədər, qəzəb hissi və s.
Yaşaya biləcəyiniz stressin öhdəsindən gəlmək üçün aşağıdakı addımları ata bilərsiniz:
Bədəninizin qayğısına qalın – sağlam qidalanın, mütəmadi olaraq məşq edin. Yarımçıq qalan işlərinizi evdə keçirdiyiniz vaxtdan istifadə edərək tamamlamağa çalışın. Zövq aldığınız işləri tez-tez həyata keçirin. Yüngül dartınma hərəkətləri, yoqa və ya meditasiya etmək stresslə mübarizə üçün effektiv metodlardandır. Məlumatlı olun, lakin xəbərlərə çox məruz qalmaqdan özünüzü qoruyun. Ehtiyac hiss edirsinizsə, kömək üçün müraciət edin.

İlahə Dadaşova
“Şaqan Reabilitasiya Pansionatı”nın şöbə müdiri

sia.az

Digər xəbərlər