PDF Oxu

Siyasət

  • 4 346

"YAP-la AK Parti arasında əlaqələr getdikcə güclənməkdədir" - DEPUTAT ŞƏRH ETDİ

"YAP-la AK Parti arasında əlaqələr getdikcə güclənməkdədir" - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün Türkiyədə Ədalət və İnkişaf Partiyası Azərbaycanda isə Yeni Azərbaycan Partiyası hakim partiyadır. Həm partiyaların bir-birinə münasibətləri, həm də partiya sədrlərinin bir-birlərinə münasibətləri dostluq münasibətlərini də aşaraq qardaşlıq münasibəti səviyyəsindədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Anar İsgəndərov deyib.Onun sözlərinə görə, dünyada həmişə dövlətlərin bir-birinə məhəbbəti yox, marağı olur: “Amma Azərbaycanla Türkiyə siyasətdə işlənən bu ifadədən imtina edərək iki dövlət arasında münasibətləri qardaşlıq səviyyəsinə qaldıra biliblər. Təbii ki, Azərbaycan tərəfindən bu siyasətin bünövrəsini Ümummilli Lider Heydər Əliyev "Bir millət, iki dövlət" şüarını irəli sürməklə qoyub. Hazırda bu siyasət Türkiyədən Rəcəp Tayyib Ərdoğan Azərbaycandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təqribən mart ayının sonlarında Ədalət və İnkişaf partiyası ilə Yeni Azərbaycan partiyası arasında onlayn qaydada çox maraqlı bir konfrans keçirildi. Bu tədbirdə çox maraqlı məruzələr oldu”.A.İsgəndərov vurğulayıb ki, tarixin bütün məqamlarında bu iki dövlət xalq olaraq bir-birinin yanında olub: “Bütün dövrlərdə olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə də Türkiyənin bizim yanımızda olduğunu gördük və qürur duyduq. Bu gün də Azərbaycanın hansı bölgəsinə getsəniz üçrəngi bayrağımızla yanaşı Türkiyənin bayrağının da dalğalandığını görəcəksiniz. Xalq birmənalı olaraq Türkiyənin Azərbaycan, Azərbaycanın Türkiyə üçün hansı mövqeyə malik olduğunu çox yaxşı bilir. İki partiya arasında olan münasibət iki dövlət arasında olan münasibətin daha da güclənməsinə, qardaşlıq münasibətlərinin ali səviyyəyə qalxması üçün görülən tədbirlərdir. Hər iki dövlət regionda sülh və əmin-amanlıq üçün əllərindən gələni edirlər”.

sia.az

Digər xəbərlər