Məhz düşmənin “yeni torpaqlar əldə etmək” arzusunu sentyabrın 27-də başlanan İkinci Vətən Müharibəsinin 44 gün ərzində tarixi qələbə çalması Güclü Ordumuzun potensialının göstəricisidir. 2016-cı ilin aprel hadisələrində olduğu kimi, Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozaraq, təxribatlarına qarşı Milli Ordumuzun əsəgər və zabitləri döyüş meydanında şücaət göstərərək vaxtilə işğal edilmiş torpaqlarımızın geri qaytarılması missiyasını uğurla həyata keçirməklə düşmənin həmlələrini mərdliklə dəf edərkən öz canını Vətən yolunda fəda etməkdən çəkinmədi, şəhidlik kimi müqəddəs zirvəyə yüksəldi.Azərbaycan Prezidenti İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.Bəli, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Və 44 gün davam edən İkinci Vətən Müharibəsinin qələbə ilə başa çatması, məhz Azərbaycan Ordusunun güclü, təcrübəli ixtisaslı kadrlarının, ən əsası isə dövlətin ordu quruculuğu və müdafiə sahəsində atmış olduğu uğurlu qayğısının nəticəsidir. Ali baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib. Məhz Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda ordu quruculuğu istiqamətində atılan zəruri addımların layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Bu gün 30 illik erməni işğalına məhz güclü ordumuz sayəsində son qoyuldu. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində çox mühüm addımlar atılmasının nəticəsidir ki, bu gün regionda ən güclü ordu məhz Azərbaycan ordusudur. Ordumuzun xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.Məhz Qalib Azərbaycan ordusunun rəşadəti nəticəsində ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı.Prezident İlham Əliyev aprelin 12-də Hərbi Qənaət Parkının açılışında çıxışı zamanı da ordumuzun gücünü qeyd edərək bildirib ki, danışıqlar masasında prinsipiallıq göstərərək, güclü ordu yaradırdıq: «Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi».Bəli, bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Qalib sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazılacaq. Və növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək.Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.
Həmid PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədri
sia.az