PDF Oxu

Siyasət

  • 4 212

Baydenlə Ərdoğan görüşdə hansı məsələləri müzakirə edə bilər? - POLİTOLOQ AÇIQLADI

Baydenlə Ərdoğan görüşdə hansı məsələləri müzakirə edə bilər? - POLİTOLOQ AÇIQLADI

"ABŞ prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Brüsseldəki görüşü əhəmiyyətli görüşdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, bu görüş regional mənzərəyə kifayət qədər ciddi təsir göstərəcək: “Bununla bərabər beynəlxalq siyasətə ciddi təsir göstərəcək. ABŞ-ın regionda maraqları kifayət qədər böyükdür. O cümlədən bu maraq Türkiyə ilə olan əməkdaşlıqdan keçir. Türkiyə-ABŞ ticarət dövriyyəsi ildən-ilə artır. Türkiyə Amerika üçün həm ticarət, həm də hərbi-siyasi partnyordur. Ona görə də bu ölkələr arasında münasibətlərin gərginləşməsi ümumiyyətlə Yaxın Şərqə və bu regiona mənfi təsir göstərir".

Politoloq həmçinin qeyd edib ki, yeni administratr çalışır ki, münasibətlər bu və ya digər şəkildə planlaşdırılmış proqnozda getsin: "Ona görə də ABŞ və Türkiyə dövlət başçılarının görüşü bəzi problemli məsələlərin müzakirəsi ilə nəticələnə bilər və hansısa qərarlar qəbul oluna bilər. Bu qərarlardan danışanda əlbəttə ki, ilk növbədə “S-400” ilə bağlı və ondan sora baş verən hadisələrlə bağlı qərarlar qəbul oluna bilər. Brüsseldə baş tutacaq görüşdə Cənubi Qafqazda əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq. Düşünürəm ki, Türkiyə və ABŞ-ın bizim regionumuzda olan əməkdaşlıqları müsbət təsir göstərəcək. Çünki ABŞ Minsk qrupunun üzvüdür və ABŞ-ın Türkiyə ilə münasibətləri ABŞ-ın Minsk qrupundakı rolunu möhkəmləndirmiş olur".

Arzu Elsevərqızı

Digər xəbərlər