PDF Oxu

Siyasət

  • 3 114

"Azərbaycan və Türkiyə arasında dərin qarşılıqlı hörmət var" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan və Türkiyə arasında dərin qarşılıqlı hörmət var" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan və Türkiyə daimi olaraq qardaş münasibətindədir. Bu münasibət bütün istiqamətlərdə öz bəhrəsini göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında hər bir sahədə müxtəlif tərəfdaşlıqlar vardır: “Bu istər iqtisadi, istərsə də hərbi yöndədir. Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türkiyə bizə daim öz mənəvi dəstəyini göstərdi. Bu mənəvi dəstək təkcə Türkiyədən deyil, həmçinin digər dövlətlərdən də oldu. Türkiyənin bizə göstərdiyi bu dəstəyə görə, Türkiyə hakimiyyətinə, Türkiyə dövlətinə, cənab Rəcəb Tayyip Ərdoğana minnətdarlığımızı bildiririk. Son gündə baş tutmuş görüş ilə əlaqədar onu qeyd edə bilərəm ki, bu səfərin bizim üçün dəyəri çox yüksəkdir. Çünki, Azərbaycan Türkiyə ilə gördüyü bütün tərəfdaşlıq işlərində yüksək səviyyədə nailiyyətlər qazanıb və qazanacaqdır".

Deputat həmçinin qeyd edib ki, hərbi istiqamətdə Türkiyənin bizə göstərdiyi dəstək hər zaman göz önündə tutulub: "Buna görə də biz bu əməkdaşlığın uzun müddətli davam etməsi üçün əlimizdən gələni edəcəyik. Bu görüşmənin ən əsas əhəmiyyətlərindən biri də iki dövlət arasında olan hərbi münasibətlərin gücləndirilməsidir. Baş Qərargahın ikinci rəisi Korgeneral Selçuk Bayraktaroğlunun Azərbaycana səfəri onu da bir daha sübut edir ki, Azərbaycan və Türkiyə arasında dərin və qarşılıqlı hörmət var. Mən inanıram ki, bu əməkdaşlıqlar sayəsində hal-hazırda olduğumuz mövqedən dəfələrlə yüksək nailiyyətlər əldə edəcəyik".

Arzu Elsevərqızı

Digər xəbərlər