Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.Təşkilatın saytında yerləşdirilmiş başsağlığı mətnində deyilir: “Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayış nəticəsində iki həmkarımız – telekanalın operatoru Sirac Abışov və AZƏRTAC informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olublar. Rusiya Jurnalistlər İttifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.
yap.org.az